BolgeXeber.Com » Bölgə » Ağsu aşırımı bağlanır

Ağsu aşırımı bağlanır

13-05-2014, 10:40
Oxunub: 2 799 Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır

Layihə çərçivəsində yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq təmir işləri zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı yolundan istifadə edəcəklər.

Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP postu da artıq fəaliyyətini dayandırıb.

Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez-tez keçməsidir. Yoldan 3,5 tondan artıq yük maşınlarının keçməsinə, ərazidə müvafiq yol nişanlarının quraşdırılmasına baxmayaraq, hər axşam yoldan normadan artıq yüklənmiş avtomobillər keçir.

Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinə nə zaman başlanacağı isə hələlik bəlli deyil.
Bolgexeber.com