BolgeXeber.Com » Bölgə » "Bərdə rayonunun icra başçısı kürdləri vəzifəyə gətirir"

"Bərdə rayonunun icra başçısı kürdləri vəzifəyə gətirir"

13-05-2014, 15:40
Oxunub: 3 287 Redaksiyaya Bərdənin icra başçısına qarşı yerli sakinlər tərəfindən çox ağır ittihamların yer aldığı müraciət daxil olub. Belə ki,dia.az-a göndərilən müraciətdə icra hakimiyyətinin başçısı Vidadi İsayev Türkiyədə 50 minə yaxın insanı qətlə yetirən PKK terror təşkilatına ideyaca yaxın olan şəxslərə Bərdədə sığınacaq verməsi ilə bağlı iddialar səslənib.

Müraciətdə deyilir: «Bərdə Azərbaycanın ən qədim şəhərlərindən biri olsa da, Vidadi İsayevin Bərdəyə rəhbər təyinatından sonra bu qədim türk məskəni rəsmən kürdləşdirilir. Çox şübhəli hadisələr baş verməkdədir. Vidadi İsayevə söykənən çevrələr rəsmən bölücü kürdlərin terror təşkilatı olan PKK-nı tərifləyirlər. Hətta bir dəfə bu məsələnin üstündə rayonda qarışıqlıq belə düşəcəkdi. Lakin sonradan başçının adamları geri çəkilməli olub».

Sakinlərin dia.az-a daxil olan narahatçılıq dolu müraciətlərində bildirilir ki, Vidadi İsayev yerli idarə müdirlərinin hamısını işdən çıxarıb və onların yerinə Yevlaxdan gətirdiyi kürd əsilli kadrları da təyin edib ki, bu da təsadüfi deyil: «Vidadi İsayevin bu siyasəti bəlkə də müvafiq dövlət qurumlarının diqqətindən yayınıb. Amma bu adamın fəaliyyəti ciddi şəkildə təftiş olunmalıdır. Bərdə sakinləri o qədər dözümlü deyillər ki, Azərbaycan dövlətinə qarşı hansısa təhdid mahiyyəti daşıyan proseslərə göz yumsunlar».

Qarşı tərəfi də dinləməyə hazırıq…