BolgeXeber.Com » Bölgə » Cəlilabadda yol qəzasında 2 nəfər yaralanıb

Cəlilabadda yol qəzasında 2 nəfər yaralanıb

14-05-2014, 10:10
Oxunub: 2 827 Cəlilabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 13-də axşam saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakni Lətif Ağayar oğlu Sadıqovun idarə etdiyi “QAZEL” markalı kiçik tutumlu yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Masallı rayon sakini Xalid Əlimusa oğlu Xəlilovun idarə etdiyi "Mercedes" markalı minik abtomobili ilə toqquşub.

Güclü zərbə nəticəsində minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin, Masallı rayon sakini Surət Quluyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib. Lakin Surət Quluyevin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparıır.