BolgeXeber.Com » Bölgə » Balakən Təhsil Şöbəsinin müdirinə qarşı ittihamlar

Balakən Təhsil Şöbəsinin müdirinə qarşı ittihamlar

16-05-2014, 09:10
Oxunub: 3 598 Balakəndə təhsilin vəziyyəti yerli sakinləri narahat edir

Narahatlığa səbəb rayon Təhsil Şöbəsinin müdiri Mahir Dibirov təhsili öz şəxsi biznesinə çevirməsi və buna görə də şagirdlərə təhsil verilməsinin ikinci plana keçirməsidir.

Pia.az-a bir qrup Balakənli adından ünvanlanan müraciətdə bildirilir ki, rayon məktəblərində, xüsusən də kənd məktəblərində dərs saatları bir qayda olaraq formal xarakter daşıyır. Bir çox hallarda ya dərs saatları boş keçirilir, ya da müəllimlər sinifdə laqqırtı vurmaqla məşğul olurlar.

Şikayətdə bildirilir ki, Balakənin Püştətala, Qazabinə, Gərəkli, Kortala, Qullar, İtitala, Poştbinə və Katex kimi böyük kəndlərdəki məktəblərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Həttə bəzi siniflər bağlanmaq dərəcəsinə çatsada rəhbərlik bəzi gəlirlərdən mərhum olmamaq üçün boş dərs saatlarına göz yummaqdadır.

Qeyd edək ki, Balakən təhsil şöbəsinin nəzdində 49 ümumitəhsil məktəbi fəaliyyət göstərir və 2000 yaxın müəllim işləyir. Şikayətdə göstərilir ki, rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov işi gücü ancaq qazanc əldə etməkdən ibarətdir. Son illər təhsil idarəsinə ayrılan vəsaitlərin müxtəlif avadanlıqların alınması, təmiri istifadəsi altında silinməsi və maxinasiyalardan Mahir Dibirovun yaxşı qazanc götürüldüyü qeyd olunur.

Şikayətçilər qeyd edir ki, Balakəndə uşaqlara təhsil verilmədiy halda Təhsil Şöbəsinin müdiri Balakəndə dəbdəbəli imarət tikib. Demək ki, rayon təhsil ocaqları Mahir Dibirovun şəxsi biznesinə çevrilib və o da dövlətin vətəndaşları oxutmaq üçün ayırdığı vəsaitlərin mənimsəyərək böyük gəlirlər əldə edir.

Daxil olan şikayətdə o da iddia olunur ki, Mahir Dibirov Bakı şəhərində özünə 2 yeni mənzil alıb və hazırda həmin mənzillərin təmiri ilə məşğuldur. Qeyd olunur ki, Bakı şəhərində 1 mənzilin qiyməti orta hesabla 100 min dollardan aşağı olmadığına görə Balakən təhsil şöbəsinin müdiri Mahir Dibirov 2 mənzil üçün ən aşağısı 200 min dollardan artıq vəsait xərcləyib. Hazırda isə həmin mənzillərdə son dəbdə təmir işləri aparılır.

Şikayətdə o da göstərilir ki, , 450 manat əmək haqqı alan təhsil şöbə müdiri 2 ev almaq üçün gərək 40 il işləyə və aldığı maaşı heç xərcləməyə.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…