BolgeXeber.Com » Bölgə » Cəlilabadda daha bir ilansancma hadisəsi

Cəlilabadda daha bir ilansancma hadisəsi

17-05-2014, 01:45
Oxunub: 3 095 Gənc Firuzə bədbəxt hadisə ilə üzləşib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 16-da axşam saatlarında rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 20 yaşlı Firuzə Əmirli evlərinin qarşısındakı həyətyanı sahədə tərəvəz toplayarkən otlar arasında gizlənən ilan qəfildən onun ayağının barmaq nahiyəsindən sancıb.

Firuzənin qışqırıq səsinə gələn yaxınları qızın ayaq nahiyəsinin tədricən şişdiyini görüb dərhal onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Burada xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra onun həyatı üçün hər hansı təhlükə aradan qaldırılıb. Hazırda həkimlərin nəzarəti altında olan F.Əmirlinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, Cəlilabadda son iki həftə ərzində üçüncü ilansancma faktı olaraq qeydə alınıb.