BolgeXeber.Com » Bölgə » Göyçayda ər arvadını bıçaqladı

Göyçayda ər arvadını bıçaqladı

18-05-2014, 11:25
Oxunub: 3 177 Ailə-məişət münaqişəsi zəminində arvadına bıçaqla xəsarət yetirmiş Göyçay rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Göyçay rayonunun Çayarxı kəndində Elvin Nəsrullayev evində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Töhvəyə bıçaqla xəsarət yetirib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nəsrullayev tutulub.