BolgeXeber.Com » Bölgə » Masallıda qaz balonunun partlayışından ev tamamilə dağıldı

Masallıda qaz balonunun partlayışından ev tamamilə dağıldı

19-05-2014, 16:35
Oxunub: 3 399 Masallı rayonunda partlayışla müşahidə olunan güclü yanğın hadisəsi baş verib.


Hadisə mayın 19-da saat 16.20 radələrində rayonun Qızılağac kənd sakini, 37 yaşlı Könül Qüdrət qızı Məmmədovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın evin mətbəxindəki propan qaz balonunun partlaması nəticəsində baş verib. Partlayışın gücündən ev tamamilə dağılıb. Məlumata görə, ev sahibləri Rusiyada yaşayırlar və hazırda burada müvəqqəti olaraq K.Məmmədovanın baldızı yaşayır.

Bolgexeber.com APA-nın cənub bürosunun məlumatına istinadən bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Partlayış və yanğın zamanı xəsarət alan olmasa da, ev içindəki avadanlıqlarla birlikdə tamamilə yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər tərəfindən hadisə yerində araşdırma aparılır.

bolgexeber.com