BolgeXeber.Com » Bölgə » Azərbaycanda traktorla gəlin gətirənlər həbs olundu - video

Azərbaycanda traktorla gəlin gətirənlər həbs olundu - video

3-06-2014, 13:50
Oxunub: 2 768 Bir neçə gün bundan öncə Sumqayıtda traktorların da qoşulduğu toy karvanı barədə sosial şəbəkələrdə videoçarx yayımlanmışdı.

Videokadrda gəlin aparan maşınlarla yanaşı, 4 traktor da xüsusi bəzənilmiş formada toy karvanına qoşulmuşdu. Dünən sözügedən traktor sahibləri Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cəzalandırılıblar.

Məlumata görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, toy kortejinə qoşulan 4 nəfər traktor sürücüsünə məhkəmə tərəfindən 20 sutka həbs cəzası verilib.