BolgeXeber.Com » Bölgə » Zərdabın icra başçısını yenə məhkəməyə verdilər - Qalmaqal

Zərdabın icra başçısını yenə məhkəməyə verdilər - Qalmaqal

4-06-2014, 11:50
Oxunub: 3 659 Bir müddət bundan öncə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin sabiq müavini Tofiq Abdullayevi işdən azad etməsi ilə bağlı məsələnin məhkəməyə daşındığı barədə məlumat vermişdik.
Məhkəmə artıq birincinin qələbəsi ilə başa çatıb. Bu barədə AzNews.az-a T.Abdullayevin vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu haqda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərar qanunsuz və əsassızdir: "Zərdab rayon İcra Hakimiyyəti "Dövlət Qulluğu Haqqında” AR Qanunun 33.1.6-cı maddəsini rəhbər tuturaq, 07.06.2013-cü il tarixli, 61 saylı əmrinə əsasən qanunsuz olaraq tutduğum vəzəfidən azad edib. İşdən azad olunmağına zəmin yaradılması üçün 08 may 2013-cü ildə Zərdab rayon İcra Başçısının birinci müavini A.Səfərov tərəfindən T.Abdullayevə verilmiş tapşırığa əsasən "Qələbə Meydanı” ətrafında aparılan təmizlik işlərinin aparılmasına nəzarət etdiyindən işə 4 dəqiqə gecikib. Lakin T.Abdullayev inzibati binaya daxil olarkən, artıq onun 8 dəqiqə işə gecikməyi barədə akt tərtib edilmiş və buna əsasən də 10 may 2013-cü ildə töhmət verilib. 10.05.2013-cü il tarixdə intizam məsuliyyətinə cəlb olunduqdan iyirmi yeddi gün sonra yəni 07.06.2013-cü il tarixdə tələsik işdən qanunsuz olaraq azad edilməyi bir daha əmək müqaviləsinə xitam verilməsinin qərəzli olması görsənir. Eyni zamanda cavbdeh tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim olunmuş Zərdab rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın 05 iyun 2013-cü il tarixli yığıncağının protokolonun və Dövlət İdarəsi İşçiləri və Xidməti İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon İcra Hakimiyyəti Həmkarlar Təşkilatının 06 iyun 2013-cü il tarixli iclasının protokolunun çıxarışlarından görsənir ki, işdən azad olunmağının heç bir hüquqi əsası yoxdur. İşdən azad edilməyim "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad olunmuşdur. Həmin qanunun 33.1.6-cı maddəsinə əsasən bu qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilir. Qeyd edilən qanunun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi kimi məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin 25.6-cı maddəyə əsasən 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə təsdiq oluna bilər. Müdafiə etdiyi şəxs işdən qanunsuz çıxarılıb”.

A.Məmmədov deyib ki, hazırda məsələ ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət olunub.