BolgeXeber.Com » Bölgə » Ucarda elektrik enerjisinin verilməsində ciddi problemlər yaşanır

Ucarda elektrik enerjisinin verilməsində ciddi problemlər yaşanır

5-06-2014, 02:05
Oxunub: 2 535 Son aylar Ucar rayonunda elektrik enerjisinin verilməsi ilə bağlı çox ciddi problemlər yaşanır

Bolgexeber.com bildirir ki,yerli sakinlərin apa – ya verdiyi məlumata görə, son 4 gündə rayonun bir çox yaşayış məntəqələrinə elektrik enerjisi fasilələrlə verilir. Belə ki, dünən axşam saatlarından bu gün günorta saatlarına kimi enerjinin verilişində fasilə yaranıb. Axşam saat 17:00 radələrindən elektrik enerjisinin verilişi yenidən dayandırılıb. Bu da elektrik cihazlarının işləməməsi, havaların isti keçməsi ilə əlaqədar olaraq, soyuducuda olan yeyinti məhsullarının yararsız hala düşməsinə səbəb olur. Son günlər hava şəraitindən asılı olmayaraq, elektrik enerjisinin verilişində tez - tez fasilələrin yaranması abonentlər arasında böyük narazılığa səbəb olub.Ucar Paylayıcı Elektrik şəbəkəsinin növbətçi hissəsindən verilən məlumata görə, bu gün enerjinin fasilələrlə verilməsinə səbəb rayonun Qazyan kəndində elektrik naqillərində yaranmış problemdir. Ötən günlərdə elektrik enerjisinin fasilələrlə verilməsi barədə isə Ucar Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyi heç bir məlumat vermədi.

Ucar İcra Hakimiyyətindən isə bildirildi ki, elektrik enerjisinin son günlərdə fasilələrlə verilməsinə əsas səbəb elektrik dirəklərinin, naqillərinin, ümumilikdə avadanlıqların köhnə olması və istismar müddətinin başa vurmasıdır.