BolgeXeber.Com » Bölgə » Şəmkir RİH-ə müavin gəlmək üçün 30 min manat pul verilib?

Şəmkir RİH-ə müavin gəlmək üçün 30 min manat pul verilib?

5-06-2014, 15:35
Oxunub: 2 918 “Əgər saytınızda mənim haqqımda hər hansı bir tənqidi yazı gedərsə sizi məhkəməyə verəcəm,okey!“

Bolgexeber.com-a daxil olan məlumatda bildirlir ki, Şəmkir rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva tutduğu vəzifəyə gəlmək üçün 30 min manat pul verib.Qeyd edək ki, Sona Əliyeva müavin olmazdan əvvəl Şəmkir rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləyib. Bolgexeber.com-un əməkdaşı məsələyə münasibətini öyrənmək üçün Sona Əliyavaya zəng vuraraq onunla əlaqə saxlamışdır. Sona xanım əməkdaşımıza bildirdi ki, bu məlumat doğru deyil. İlk əvvəl Sona xanım özünü bəs qədər təriflədi və işlədiyi müddətdə fəxri fərmanlarla təltif olunmasını vurğuladı.”Bu sadəcə mənə qarşı aparılan qara piardır. Görünür kimlərinsə mənim vəzifəmdə gözü qalıb”,- deyə Sona xanım bildirdi və “Əgər saytınızda mənim haqqımda hər hansı bir tənqidi yazı gedərsə sizi məhkəməyə verəcəm, okey! “ deyərək telefonu əməkdaşımızın üzünə qapadı. Araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com