BolgeXeber.Com » Bölgə » Şəmkirdə yaşlı kişini döyən məmur övladları ilə bağlı şok faktlar

Şəmkirdə yaşlı kişini döyən məmur övladları ilə bağlı şok faktlar

7-06-2014, 12:15
Oxunub: 3 490 “Qızımı oğurlamaq istəyirdilər”

Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları tərəfindən yaşlı kişinin vəhşicəsinə döyülməsi hadisənin maraqlı təfərrüatları bəlli olub.
Döyülən şəxsin oğlu Raul Kazımov açıqlamasında deyib ki, Nazirlər Kabinetində mühüm postda çalışan Teyyub Nəsirovun qızı ilə rəsmi nikahda olub. Onların bu nikahdan qız övladları var. Atası Rauf Kazımovu döyənlər isə keçmiş həyat yoldaşı, onun qardaşları və gəlini olub: “Biz ayrılmışıq. Məhkəmə qərarı ilə qız mənim himayəmdə yaşayır. Onlar isə zor gücünə mənim qızımı oğurlamaq istəyirdilər. Lakin buna nail ola bilmədilər. Hadisədən sonra onlar yüksək vəzifədə işləyən atalarının arxasında gizləniblər”.
R. Kazımov qeyd edib ki, hazırda Şəmkir rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər. Hadisə iyunun 1-də Şəmkirdə baş verib. Məlumatı aznews.az-a döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryam Teyyub qızı və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”. Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib. Məlum olub ki, Teyyub Nəsirov Nazirlər Kabnetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir.

Şəmkir rayon Polis idarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərov AzNews.az-a faktı təsdiqləyib: “Hər iki tərəf Gəncə sakinləridir. İndi iş bizdədir, təhqiqat aparılır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən adam döymə) maddəsi ilə cinayət işi açılacaq”.
Bolgexeber.com