1 manata görə qulaqlarını kəsdilər
29-10-2011, 10:50
Oxunub: 3 841
Cinayət əməlini törədən Yusif Nuriyev zərərçəkənin bir qülağını özü ilə aparıb
Bolgexeber.com xəbər verir ki, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki parklardan birində qanlı soyğun hadisəsi baş verib. İsmayıllı sakini 1965-ci il təvəllüdlü Qəribov Nəsrəddin Seyfəddin oğlunun yolunu kəsərək pul tələb edən şəxslər ona 9 bıçaq xəsarəti yetiriblər. Qəribovun cibində olan cəmi 1 manat pulu götürən şəxslər daha sonra onun qulaqlarını kəsiblər.
Hadisədən sonra bir neçə saat huşsuz halda parkda qalan Qəribovu ərazidən keçən şəxslər əvvəl 13-cü polis bölməsinə, daha sonra isə xəstəxanaya çatdırıblar. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qəribova xəsarət yetirən Əliyev Emil Faiq oğlu və Nuriyev Yusif Ağayusif oğlu saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Qeyd edək ki, cinayət əməlini törədən Nuriyev Yusif zərərçəkənin bir qülağını kəsərək özü ilə aparıb. Nəsrəddin Qəribovun digər qulağını isə həkimlər yerinə bərpa ediblər. Artıq faktla bağlı cinayət işi qaldırılıb və saxlanılan şəxslər barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırması üçün Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bakıya işləmək üçün gəldiyini deyən zərərçəkən Nəsrəddin Qəribov isə yenidən İsmayıllıya qayıtmağı fikirləşir.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər