BolgeXeber.Com » Bölgə » AMİ-nin Mingəcevir filialında korrupsiya və total saxtalaşdırma

AMİ-nin Mingəcevir filialında korrupsiya və total saxtalaşdırma

13-06-2014, 12:30
Oxunub: 3 729 Rasim Şükürov Orucəli Rzayevin güdazına gedəcək

AMİ-nin filiallarından Bolgexeber.com-a çoxsaylı şikayətlər ,narazılıqlar daxil olmaqda davam edir. Saytımıza daxil olan məlumatları filialdan və şəhərdən olan bir necə mənbə təsdıq etdi.Məlumatlarda qeyd olunur kı,filialın direktoru Rasim Şükürov sessiya imtahanlarında rüşvət və saxtakarlığa nəinki rəhbərlık edir, hətta bu işləri birbaşa özü həyata keçirir.Yazılı kecirilən sessiya imtahanlarına qabaqcadan 300-400 manatdan pul yığdıran direktor imtahanlarda kütləvi köcürmələrə şərait yaradır. Yeni taktika nəticəsində imtahanlarda müvəffəqiyyət göstəricisi 95-100 faiz olur. Dərslərdə mütamadı iştirak etməyən, konspekti olmayan tələbələrdən daha böyük rüşvət müqabilində imtahan cavab kartları qabaqcadan tələbələrə yazdırılaraq direktor tərəfindən dəyişilir . Bununla da Şükürov sabiq direktor O.Rzayevlə fərqlı sessiyanın aparılmasında xususi taktika işlədərək bütün tələbələri razı salır .

Belə ki O.Rzayevin vaxtında səs –küylə,Nazirlıyin qaynar xəttinə zənglərlə müşayət olunan sessiya bu dəfə sakit axarı ilə kecir. Hec kəsə güzəştə getməyən, oxuyanla oxumayana fərq qoymayan , dostundan fərqlı olaraq Rasim müəllım bütün tələbələri razı salaraq pul aldığı tələbələri yola vermək məqsədi ilə narazlıq olmasın ,səs- kuy cıxmasın deyə imtahan sessiyasında tələbələrin kutləvi köcurmələrini təşkıl edir.Lakın keçən sessiyada müəllimləri imtahan otaqlarına salıb tələbələrə kömək edilməsini də təmin etdiyi söz- söhbətə səbəb olduğundan bu sessiya bu cür taktikadan da imtina etmişdir.Bu sessiyada da kecən sessyada olduğu kımı məhsul yığımında ona yaxından köməkliyi dekan postuna gəlmək ücün həm icra başcısına, həm də AMİ rəhbərlıyınə rüşvət verib gəlməsi ilə bu işlərinə haqq qazandıran , AMİ -nin Gəncə filialının saxta ixtisasdəyişmə diplomu ilə dilçilikdən elmı dərəcə alan ,ixtisasca şərabçı olan dekan Həqiqət Qədimova və filialı qeyri- rəsmı idarə edən baş mühasib Heyran Şikarova yaxından köməklık edir.Digər dekanlıqda bu işləri dekanlığa yenı işə götürülmüş Ayna adlı metodist həyata kecirir. Dekan Nizamı Zeynalov bu proseslerdə oyundan kənar vəziyyətə salınmış,onun səlahiyyətləri direktora yaxınlığı ilə seçılən, cavab vərəqlərinin dəyişılməsi əməlıyyatlarında fəallıq göstərən, bununla da “gec gəlıb qabağa düşən” Ayna xanımdadır. Köməkçilərin siyahısında öndə gedən ,imtahan cavab lıstlərini yazdırıb dəyişmək üçün direktora catdıran, O .Rzayevin vaxtında sessyalarda valıdeynlər və tələbələrlə dil tapmaqda xüsusi bacarıqı ılə secilən metodist Raya Quliyevanın köməyi ilə bu əməlıyyatlar ustalıqla həyata kecirillir.

Ətrafında saxtakarlıqda səriştəlı sıx bir komanda yaradan direktor bu əməlıyyatları nə qədər məxfi keçirməyə calışsa da hər şey hər kəsə məlumdur. Qış sessiyasındakı biyabırcılıqlar,kecən sessiyanın nəticələrinin direktoryanı şura iclasında muzakirəsi zamanı boyuk qalmaqal yaşanması ,sonunda dava-dalaşa cevrilməsı haqqında saytlarda yazılar getmışdir. O iclasda Elmi işlər üzrə direktor müavini Nizamı Abbasov sərt cıxış etmiş sessiyanın nəticələrinin yalançı ,süni şəkıldə şışırdildiyini ,maraq muqabilndə kutləvi köcürmələr təşkıl olunduquna etiirazını bildirmışdir. Və bu qanunsuzluqların səsi cıxmasın deyə filialın internet çıxışının bağlanmasını sərt tənqid etmışdir. Digər müəllımlər daha sərt ittihamlar səsləndirərək rəhbərliyi dolayısı ilə qeyri -obyektivlikdə günahlandırmışlar. Hətta burada hər imtahandan 50 manat rüşvət yıqıldıqı barəsində ittihamlar da yer almışdır. Əsas idarəetmə metodu səlahiyyətlərindən sui -istifadə edərək şərləmək ,hüquq mühafizə orqanları ilə hədələyərək rektora və şəhər rəhbərliyinə yanlış təqdimatlar yazmaqdır. Son qalmaqallı iclasda sözun düzünü dediyinə görə Nizami Abbasovu Şəhər prokurorunun iştirakı ilə İcra başcısının qəbulunda iqtişaş yaratmaq cəhdi ilə şərləməsı buna bariz sübutdur.Rasim Şükürovun qanunsuzluqları bununla yekunlaşmır. Xələfi O.Rzayev sayağı malıyyə maxinasiyaları edərək vəzifə səlahiyyətlərini aşaraq təsərrüfat mudirinin rəyini nəzərə almayaraq baş mühasiblə əlbir olub saxta vəsait köcürmələri edirlər. Dəftərxana ləvazimatları və təssərrüfat xərcləri adı ilə köcürülüb mənimsənilən vəsaitin aqibəti onlardan başqa hec kimə məlum deyil. Pedaqojı təcrübə kitabcalarını tələbələrə baş mühasib Heyran Şikarova birini 2 manata satdıqı halda dövlət hesabına 5 manata sənədləşdiirib vəsaiti mənimsəyiblər. Pedaqojı təcrubəni imkanlı tələbələr dekana rüşvət verərək evdə valideynləri ilə keciblər.

İttihamlar arasında ən dəhşətlisi saxtakarlıqla baqlıdır.Rasim Şükürovun filialda isləyəcəyi müddətdə bir missiyası da sən demə, Orucəli Rzayevin və Heyran Şikarovanın maliyyə pozuntularının, saxtakarlıqla kulli miqdarda dövlət əmlakının mənimsənilməsi faktlarını ört- basdır etmək,eyni zamanda filialdakı maxinasiyaların miqyasından az-çox məlumatı olan isciləri muxtəlif bəhanələrlə isdən uzaqlasdırmaqdan ibarətdir. Buna bariz subut kimi filialın komendantı Daşqın Adıgözəlovun şərlənərək polislə hədələnib ərizəsinin alınmasını göstərən mənbə iddiasına görə kollektiv bunu malıyyə əməlıyyatlarını Təsərrüfat mıdirindən gizlətmək və işciləri qorxu altında saxlamaq cəhdi kimi dəyərləndirir.Bundan sonra hədəfdə direktor müavinləri Xatirə Həsənova ,Nizamı Abbasov, filalın mühasibi Aqil Məsimov,təsərrüfat müdiri Mahir Şərifovdur . Bu məqsədlə ilginc kadr islahatları aparan Rasım Şükurov , muhasib Heyran Sikarovann coxdan hədəfində olan tədris sobəsinin mudiri Vahid Quliyevi vuraraq tərəqqi medallı uzun illər tədrısdə can qoymuş kadrı rəssam kecirir , yerinə isə saxtakarlıqda xususi xidmətləri olan dəftərxana mudiri Aynurə Zeynalovanın həyat yoldaşı , ixtisasca politoloq olan metodist Uzeyir Zeynalovu tədris şöbəsinə müdir təyin edibdir.Baş mühasibə yaxınlıqı ilə seçilən Üzeyir Zeynalovun direktorla ümumi maraqları varmış.

Belə kı,yeni tədris şöbə müdiri bir necə il əvvəl Mingəcevir idman və turizm kollecində dərs dediyi tələbə qıza yazdığı biabırçı sevgi mesajı ilə böyuk qalmaqala səbəb olmuşdur.Son qalmaqallı şura iclasında müəllımlərdən biri tərəfindən vətənə xidmətdən yayınaraq dizertirlıkdə ittiham olunan ,bu vəzifəyə baş mühasib tərəfindən həyat yoldaşının saxtakarlığına mukafat olaraq gətirildiyi,buna mənəvi haqqı olmadığı iddia olunan Üzeyir Zeynalovun həyat yoldaşının ümumi şöbədə müdir olduqu halda bu təyinatı cox qaranlıq məqamlardan xəbər verir. Bundan da maraqlısı odur kı,vətənə xidmətdən yayınan Üzeyir Zeynalova tələbələrin hərbi səfərbərlıyi üzrə vəzifə də tapşırılır. Mənbə iddia edir kı,sənədlərin dəyişılməsındə canfəşanlıq edən və buna gorə baş mühasıb tərəfindən mukafatlandırılan kredit şöbəsinin operatoru Firəngiz xanım dəftərxanada oturur və Aynurə Zeynalovaya başladiqi işləri yekunlaşdirmaqda köməklık edir ,onun yerinə isə dəftərxananın kargüzarı kreditdə operator vəzifəsini icra edir. Beləlıklə ətrafinda 5-6 işci ilə sədd cəkən Rasim Şükürov O.Rzayevin maxinasiyalarını ort -bastır etmək üçün sənədləri total səkıldə saxtalaşdırır.

Bu gün filialda demək olar ki, hər kəs günün əsas sualına cavab axtarır ki, bu il qəbul verilməyən filialda görəsən Rasim Şükürov xələfi Orucəli Rzayevin 2008-ci ildəki “ixtisar əməliyyat”ını təkrarlamaq niyyətində deyil ki? Sən demə, həmin vaxt filiala direktor təyin edilən, hal-hazırda AMİ-nin Zaqatala filialında direktor olan Orucəli Rzayev hamını ixtisar xofuyla bu təhsil ocağını öz nəzarəti altına almış, sonradan kosmetik dəyişiklikllər etməklə demək olar ki, heç kimə toxunmamışdı. Yəni hər kəslə “dil” tapmağa nail olduqdan sonra ixtisar mövzusu gündəmdən çıxarmışdı...

İndi də filialda anoloji vəziyyətin hökm sürdüyü bildirilir və kollektiv üzvləri baş verənlərdən ciddi əndişə keçirməklə bərabər gizli narazılıq da müşahidə olunur, paytaxta göndərilən şikayət məktublarınının sayı sürətlə artir .
Butun qeyd olunan məsələlərlə baqlı həyacan təbili calmaq gərək və biz bunlarla baqlı yəqin AMİ rəhbərlıyi,Təhsil Nazirlıyi və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müvafiq ölcü götürüləcəyinə ümid edirik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com