BolgeXeber.Com » Bölgə » Kəlbəcərlilər şikayət üçün Bakıya üz tutdular

Kəlbəcərlilər şikayət üçün Bakıya üz tutdular

28-06-2014, 13:45
Oxunub: 3 115 Sakinlər mətbuat konfransı keçirmək qərarındadılar

Bolgexeber.com-a daxil olan məlumata görə, 04 mart 2013-cü il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Aqil Məmmədovdan el-obasından didərgin düşmüş kəlbəcərlilər bərk şikayətçidirlər. Yuxarı dairələrə bu barədə yazılı və şifahi şikayətlərin olunmasına baxmayaraq bir nəticə əldə etməyən sakinlər bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmək qərarındadılar. Bu barədə aparıcı televiziya və qəzet redaktorlarına xüsusi bildirişlər edilmişdir. Kəlbəcərlilərin əsas şikayəti neçə illərdi hələ icra başçısı olmamışdan əvvəl icra hakimiyyətində məsul vəzifədə işləmiş Aqil Məmmədovun sakinlərlə kobud davaranışı, yarıtmaz kadr islahatı,vətəndaşların ərizə və şikayətlərinə tam baxımsızlığıdır. İxtisasca bədən tərbiyəsi müəllimi olan Aqil Məmmədovu rayonu lazımınca idarə etməsi müşkül məsələdir. Verilən məlumata görə, icra başçısı rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsindıə olduqca yarıtmaz işlər gördürür. Rayonda qohumbazlıq və yerlibazlıq ön xəttə çəkilb. Bu barədə dəfələrlə ölkə başçısına kütləvi şikayətlərin olunmasına baxmayaraq hələ ki, heç bir nəticə yoxdur. Bu səbəbdən kəlbəcərlilər məsələni dünyaya bəyan etmələri üçün mətbuat konfransı keçirirlər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com