BolgeXeber.Com » Bölgə » Neftçalanın icra başçısı büdcəni açıq şəkildə talayır?

Neftçalanın icra başçısı büdcəni açıq şəkildə talayır?

30-06-2014, 16:30
Oxunub: 3 081 Maxinasiyalarda rəsmi hesab şəxsi hesaba qarışıb

Bolgexeber.com bildirir ki,Neftçala rayonundan inform.az-redaksiyasına daxil olan məlumata görə rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin ötən ay verdiyi tapşırığına əsasən dövlət büdcəsindən rayon sakini Xandəmirov Böyükağa Sarı oğlunun şəxsi bank hesabına 280.000 min manat pul köçürülüb.

Keçirliən maliyyə əməliyatına dair sənədlərin sürəti də redaksiyamıza təqdim olunub.

Maraqlıdır ki, sözügedən informasiyanın mənbəyi Neftçala rəsmilərinin rəsmiyyətə uzlaşmayan bu maliyyə əməliyyatının səbəbini qəribə arqumentlə əsaslandırıb.

Bildirilr ki rayon icra başçısı İsmayıl Vəliyev Neftçalanın abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə müxtəlif mənbələrdən də xeyli pul toplamalı olub.

Məqsəd Prezidentin səfəri ərəfəsində abadlaşdırma işlərini daha da sürətliəndirmək, şəhərdə ümumi mənzərəsini dəyişməyə nail olmaqdı.

İcra başçının bütün səyləri istənilən nəticəni verməsə də borcu geri qaytarmaq zərurəti ortaya çıxıb.

Mümkündür ki, belə riskli maliyyə əməliyyatları da məhz bu “zərurət”dən doğub.

Daha aydın təbirlə desək, görülən işlər üçün yığlan borcu qaytarmaq məqsədi ilə həyata keçirilib.

P.S. Sözsüz ki, bu informasiyanın nə qədər dəqiq olduğuna aydınlıq gətirmək rayon icra hakimiyyəti səlahiyətlilərinin imkanları daxilindədir. Biz isə informasiya saytı olaraq təqdim ediləcək bütün arayışları dərc etməyə hazırıq.
Bolgexeber.com