Şəmkirdə su problemi pik həddə çatıb
4-07-2014, 12:45
Oxunub: 2 359
İcra nümayəndəsi Hümbətov Valeh hər evdən 30-50 manat pul yığır
Şəmkir rayon Zəyəm qəsəbəsi Natavan küçəsinin sakinlərinin verdiyi məlumata görə, sözügedən ünvana illərdir su verilmir. Camaat içməli suyu pulla alır. Bir maşın suyun qiyməti isə 25-30 manatdır. Kəndin yaxınlığında artezian quyusu var. Suyunun duzlu olmasına baxmayaraq sakinlər arteziandan həyətlərinə su çəkib, ancaq o da gəlmir.Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə həmişə su problemi olub: “İçməli su tapmırıq. Artezian suyu duzludur. Həyətə arteziandan su çəkmişik, ancaq o da gəlmir. Arteziana sayğac quraşdırıblar. Artezianın yazdığı işığın pulunu su pulu kimi bizdən yığırlar. Hər ay 5 manat. Su versələr, pul verməyimiz bizi yandırmaz.Bolgexeber.com bildirir ki. Xalq.az-a verilən diğər məlumata görə yeni çəkilən su xətti üçün qəsəbə icra nümayəndəsi Hümbətov Valeh hər evdən 30-50 manat pul yığır.
Burdan aidiyyatı qurumlara səslənirik ki, bizim su problemimizi həll etsinlər”.
Məsələni araşdırmaq üçün Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Dəfələrlə zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən tapılmadı.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər