BolgeXeber.Com » Bölgə » Qazaxda “Paqon” əməliyyatı

Qazaxda “Paqon” əməliyyatı

9-07-2014, 18:00
Oxunub: 2 786 Son bir ayda ölkədəki milyarderlər pullarının dəyərdən düşməməsi məqsədi ilə müxtəlif formada müdafiə mövqelərinə keçiblər

Bolgexeber.com-a daxil olan məlumata görə onlar MMC-lər yaratmaqla yalnız maxinasiyalarla məşguldurlar. “Fakt araşdırma” MMC, “T” Qrupu MMC, “Bələdiyyə xidməti” MMC və.s kimi qurumlar rayonu başına götürüb. Hamısı da hüquq-mühafizə orqanlarının geyiminə tam oxşar “xidməti” geyimlərlə təmin olunublar. Bu da işə götürülənlərin həvəsləndirilməsi üçündür. Həmin MMC- nin rəhbərləri hər gün də kadr toplamaqla məşğuldur. Təhsilinə və savadına baxılmadan gənc və orta yaşlı vətəndaşlar işə cəlb edilir. İşə götürülən kadrlara leytenantdan başlamış mayora kimi rütbə verilir. Bunların nə olduğu haqqında kimdən öyrənilməsində rayon ziyalıları da çaşıb. Onlar belə düşünürlər ki, “əvvəllər bir çavuş rütbəsini almaq üçün “dəridən-qabıqdan” çıxmalı olurdun. İndi MMC-lərə işə götürülənlərin əksəriyyətini rayon əhalisi yaxşı tanıyır: maşın oğrusu, dəllək, çayxana işçisi və s. leytenant, mayor olub. Bəs, rayonun icra başçısı, prokuror və polis rəisi hara baxırlar?”
Bəli, vətəndaşların sözlərində həqiqət çoxdur. Adicə, Qazax Telekommunikasiya Qovşaşına bitiçik bina “T” Qrupu MMC-yə icarə verilib. Qovşağın həyəti paqonlularla doludur. Sanki, Qazaxda fövqalədə vəziyyətdir. “T” Qrupu MMC-nin fəaliyyəti binanın çöl tərəfində yazılıb. MMC mübhisəli məsələləri həll etmək, şirkət açmaq, vətəndaşlara hüquqi yardım etmək və ş. ilə məşğuldur. Buradan belə sual ortaya şıxır: hüququ yardımı dəlləkmi, maşın oğrusumu və ya çayxana işçisimi edəcək?
Rayonda o da söylənilir ki, MMC-lərə işçilər heç də elə-belə götürülmür...
Yəqin ki, düşünməyə hər cür əsas vardır.
Bolgexeber.com