BolgeXeber.Com » Bölgə » Baş prokuror Zakir Qaralov Astara şəhərində vətəndaşları qəbul etmişdir
Baş prokuror Zakir Qaralov Astara şəhərində vətəndaşları qəbul etmişdir
18-07-2014, 14:15
Oxunub: 4 076
Baş prokurorluğdan Bolgexeber.com-a bildirilən məlumata görə,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması məqsədilə Baş Prokurorluq tərəfindən vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov iyulun 18-dəbölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraqAstararayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı və Yardımlırayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror və Astararayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideriHeydər Əliyevinşəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 60-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamandaprokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Göstərilənlərlə yanaşı qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər