BolgeXeber.Com » Bölgə » Cəlilabadda mina həyəcanı! Mümkün faciənin qarşısı alındı (VİDEO)

Cəlilabadda mina həyəcanı! Mümkün faciənin qarşısı alındı (VİDEO)

19-07-2014, 07:30
Oxunub: 2 775 Cəlilabadda mina həyəcanı yaşanıb

Hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb. Qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aprıblar. Lakin həmin küçənin sakini Rafət Məmmədov əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adi dəmir parçası deyil, tank əlieyhinə partlamamış mina olduğu qənaətinə gəlib.

Hadisə yerinə çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinləri uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili Qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

Qeyd edək ki, tapılan mina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.APA