BolgeXeber.Com » Bölgə » Heydər Əsədov Şabranın icra başçısını da hədəfə çevirdi - yeyinti ittihamı

Heydər Əsədov Şabranın icra başçısını da hədəfə çevirdi - yeyinti ittihamı

21-07-2014, 16:50
Oxunub: 4 327 Daha bir icra başcısı və onun ərazi-inzibati dairələr üzrə rəsmi nümayəndəsi Kənd Təsərrüfatı Nazirliyi ilə Baş Prokurorluğun hədəfinə tuş gəlib

Şabran rayonunun icra başcısı Novruz Novruzlu və onun kəndlər üzrə nümayəndələri haqda araşdırma başladılıb.

Artıq Kənd Təsərrüfatı Nazirliyi Şabran rayonu üzrə buğda əkini üçün ayrılmış 361.992.40(üç yüz altmış bir min doqquz yüz min doxsan iki manat qırx qəpik) manat ümumi vəsaitin bir hissəsinin yerli icra nümayəndələri tərəfindən saxta sənəd tərtib etməklə mənimsənildiyi haqda Baş Prakrorluğa rəsmi müraciət də edib: ”Kənd Təsərrüfatı Nazirliyində başda nazir Heydər Əsədov olmaqla, icra başcısı Novruz Novruzovun rəhbərlik etdiyi rayona ayrılmış həmin vəsaitin ən azı 30-40 faizini mənimsənilməsi haqda ciddi şübhələr var. Hətta nazirlik bu şübhələrini yəqinləşdirmək üçün Şabranın 5-6 kəndi üzrə monitorinqlər də aparıb. Bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. Həmin dəlillər isə müvafiq sənədlər əlavə edilməklə prakrorluğa göndərib”.

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının sözlərinə görə, Şabran rayonunun 17 kəndi üzrə 2463 buğda səpini aparmış şəxsin adı rəsmi siyahıya əlavə edilib: “Həmin 2463 nəfərin də guya 9049 hektar 81 sot buğda əkdiyi müvafiq sənədlərdə qeyd olunub. Bunun müqabilində də 17 kənd üzrə həm hektar , həm də səpin aparmış şəxslərin sayı şişirdilməklə, ümumilikdə ayrılmış 361.992.40 manat vəsaitin bir hissəsi mənimsənilib. Artıq nazirlik tərəfindən Baş Prakroryanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin sənədlər əsasında cinayət işi başlanıb və araşdırmalar davam etdirilir. Artiq 4-5 kəndin icra nümayəndəsi başda olmaqla, yerli komissiyada təmsil olunmuş bələdiyyə sədirləri də ciddi əndişə keçirirlər. Çünki prokurorluq onları “dalan”a dirəyib. Bu isə icra başcisı Novruz Novruzov və onun aqrar məsələlər üzrə müavini barəsində xoşagəlməz imic yaratmaqla yanaşı, onların karyeralarını da təhlükəyə sövq edib”.

Məlumatı şəxs Baş Prakrorluğun həmin rayon üzrə yaydığı rəsmi məlumatda bəzi məqamların cəmiyyət üçün hələ də açılmadığını sözlərinə əlavə edib: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Şabranda dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material haqqında ilik məlumat yayıb. Orada bildirib ki, araşdirmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşu, Pirbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəsi şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri baradə sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Buna görə də buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2(külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbieləri davam etdirilir.

Göründüyü kimi , prokurorluq mənimsənilmənin detallarına varmayıb. Halbuki, adıçəkilən 4 kənd – Zeyvə, Çölquşçu, Pirdəbil və Çuxurzəmiyə birlikdə 41.407.60 manat vəsait ayırıb: “ Zeyvədə guya 61 buğda istehsalçı 292 hektar 65 sot səpin aparıb. Nəticədə isə 11min 706 manat vəsait silinib. Çölquşlu kəndində 32 nəfərin adina 204 hektar 54 sot yazilmaqla, 8181 manat 60 qəpik , Pirbədildə 124 nəfər 466 hektar 20 sot guya buğda əkməklə 18648 manat, Çuxurzəmidə isə üç nəfər guya 71 hektar 80 sot buğda əkib ki, 2872 manat vəsait təyinatından yayındırılıb. Yəni prokurorluq bu 4 kənd üzrə ümumilikdə ayrılmış 41 min 407 manat vəsaitin ilkin olaraq, 11min 670 manatının mənimsənildoyini aşkarlayıb. Bu isə 4 kənd üzrə ayrılmış vəsaitin 35 faizi deməkdir. Bu faiz dərəcəsini rayonüzrə vurduqda rəqəmlər heyrət doğurur . Yəni, ümumilikdə büdcədən rayon üzrə ayrılmış 361 min 992 manat vəsaitin 35 faizini mənimsənilməsi o deməkdır ki , 150 min manata yaxın bedcə pulu məmurlar tərəfindən oğurlanıb. Gəlin razılaşaq ki, bütün bunlardan “Şöhrət” ordeni Novruz Novruzovun xəbərsiz olması da mümkün deyil”.

Onu da qeyd edək ki, Şabranın 17 kəndi üzrə bütün sənədlər redaksiyamızdadir və araşdırmalarımız davam edəcək.

Qarşı tərəfi də dinləməyə hazırlq (Reytinq qəzeti)