BolgeXeber.Com » Bölgə » Kürdəmirin Karrar kəndində səyyar qəbul

Kürdəmirin Karrar kəndində səyyar qəbul

24-07-2014, 15:50
Oxunub: 2 742 Xalqın rifah halı, insanlara qayğılı münasibət, onların təlab və ehtiyaclarına həssaslıqla yanaşılması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətində başlıca yer tutur. Onun bu istiqamətdə qarşıya qoyduğu vəzifələr, verdiyi göstərişlər Kürdəmirdə də uğurla həyata keçirilir. Bu baxımdan rayon İcra Hakimiyyəti Başçısının mütəmadi olaraq keçirdiyi səyyar iclas və qəbullar, görüşlər artıq bir ənənəyə çevrilmişdir. Belə qəbullardan biri də rayonun Karrar kəndində olmuşdur.
İyulun 24-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Karrar kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Karrar kənd inzibati ərazi dairəsinə daxil olan Karrar, Ərşəli və Garıs Əyribənd kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Karrar inzibati ərazi dairəsinin nümayəndəsi Əli Bağırov kəndin əhalisi, onların məşğuliyyəti və sosial vəziyyəti barədə məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən kənd sakinləri-ziyalı Balacan İbrahimov , Şəhid atası Qulu Quliyev , təqaüdçü Nizam Cəfərov və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də son aylarda rayonumuzda geniş vüsət almış abadlıq-quruculuq işlərindən danışmışlar.
Kənd sakinlərinin yol , təbii qaz , enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılmışdır. Bu tələblətin hər biri barədə aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir. Digər problemlər barədə isə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılacağı qeyd edilmişdir.
Görüşdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etmişlər.
Görüşü yekunlaşdıran İcra başçısı Ceyhun Cəfərov diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasına cəlb edərək bu istiqamətdə Kürdəmirdə də həyata keçiriləcək mühüm tədbirlər barədə məlumat vermişdir.
İcra başçısı görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini qeyd etməklə , cari məsələlərin həlli üçün rayonun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Bolgexeber.com