BolgeXeber.Com » Bölgə » Gəncədə Yeganə Əliyeva-Arzu İsmayılov cütlüyünün adı saxta diplom satışında hallandırılır

Gəncədə Yeganə Əliyeva-Arzu İsmayılov cütlüyünün adı saxta diplom satışında hallandırılır

31-07-2014, 15:45
Oxunub: 3 132 AMİ-nin fililaındakı diplom qalmaqalı ört-basdır edilir

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi Yeganə Əliyevanın Gəncə Aqrar Universitetinin müəllimi Arzu İsmayılovun adlarının qanunsuz şəhadətnamə satışında hallandırılması barədə ətraflı məlumatları sizlərə təqdim etmişdik. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi Yeganə Əliyevanın onunla birlikdə adı hallandırılan Gəncə Aqrar Universitetinin müəllimi Arzu İsmayılov adlarının qalmaqallarda hallandırılması bu təhsil müəssisələrinin işçilərinin xoşagəlməz əməllərindən xəbər verir.

Hələ onu demirik ki, bu, Yeganə Əliyevanın saxta diplom qalmaqalı ilə bağlı yayılan ilk söz-söhbət deyil. Belə ki, bəzi kütləvi informasiya vasitələri bir müddət bundan əvvəl də Yeganə Əliyevanın vətəndaşlardan birinə saxta diplom satması haqda xəbərləri tirajlamışdılar. Məlum oldu ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi vətəndaşlardan birinin Azərbaycan Müəllimlər İnstitutuna qəbul həyata keçirə biləcəyi barədə söz verərək əməl etməyib. Bununla bağlı razılaşmalara əsasən Müəllimlər İnstitutunun Gəncə filialının müəlliməsi TQDK-nin təsdiqlənmiş diplomunu vermək şərti ilə qəbulu həyata keçirəcəyini deyib. Bu günlərdə isə Müəllimlər İnstitutunun Gəncə filialının müəllimi Yeganə Əliyevanın pul qarşılığında şagirdləri ali təhsil ocaqlarına qəbul etdirməsi haqda yeni xəbərlər əldə etdik. Belə ki, jurnalist həmkarlarımızdan biri bildirdi ki, onun çalışdığı mətbu orqanın elektron poçtuna daxil olan məktubda yer alıb. Məktubu yazan şəxs Yeganə Əliyevanın onlardan külli miqdarda pul aldığını bildirib: "2012-ci ildə həyat yoldaşımın qohumu Samux rayonu Sərkar kəndində yaşayan Cəfərov Həsən Abbasqulu oğlu Azərbaycan müəllimlər İnstitutuna tələbə qəbul edilməsinə köməklik edəcəyini bildirib. Bu səbəbdən həmin universitetin müəlliməsi Yeganə Əliyeva mənə Müəllimlər İnstitutunun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təsdiqlənmiş diplom verməsi üçün pul aldı. Həmin məbləği mən Yeganəyə Gəncə şəhərindəki evində verdim. Sonra mən diplomun saxta olduğunu öyrəndim. Yeganəyə verdiyim pulu tələb etdim. O bildirdi ki, biz indiyə qədər belə diplom satmamışıq, təsdiqlənmiş sənəd olmur. Pulu isə qaytarmaq müzakirə oluna bilməz”.

Şikayətçi iddia edir ki, Yeganə Əliyeva ondan başqa bir neçə şəxsi də bu yolla aldadaraq pulunu mənimsəyib: "Məndən başqa daha bir neçə adama saxta diplom düzəldib. Yeganə hər bir diplom üçün külli miqdarda pul mənimsəyib. Amma təəssüf ki, Müəllimlər İnstitutunun Gəncə Filialının müəllimi ilə bağlı həm təhsil ocağının rəhbərliyi, həm də hüquq-mühafizə orqanları tərəfindən hər hansı araşdırmaların aparılması ilə bağlı hər hansı məlumatları əldə etmək mümkün deyil. Görünür hər iki şəxs buna görə arxayınlaşaraq məlum addımı atıblar.