BolgeXeber.Com » Bölgə » Astaradakı əxlaqsızlıq yuvası -"Alfiya" restoranı kimindir?

Astaradakı əxlaqsızlıq yuvası -"Alfiya" restoranı kimindir?

8-08-2014, 16:10
Oxunub: 3 220 Bir müddət öncə - iyulun 30-da Daxili İşlər Nazirliyinin rəsmi saytında Astarada əxlaqsızlıq yuvası aşkar olunub.

Rəsmi məlumatda bildirlirdi ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəkü kənd sakini Fəqan Namazovun gəlir əldə etmək məqsədi ilə Pensər kəndinin ərazisində yerləşən "Alfiya" mehmanxanasında əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxil olan məlumata görə, mehmanxana Əliheydər Həməzyev adlı şəxsə məxsusdur. Fəqan Namazov isə oranı sadəcə işlədir. Hətta DİN-in rəsmi açıqlamasından sonra özünü "Alfiya" mehmanxanasının müdiri Əliheydər Həmzəyevin oğlu Elvin Həmzəyev kimi təqdim edən şəxs bir sıra media orqanlarına zəng edərək hədələməkdən belə çəkinməmişdi.

Qeyd edək ki, Əliheydər Həmzəyevin uzun müddət Astarada yüksək vəzifələrdə çalışan məmur olduğu bildirilir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.