BolgeXeber.Com » Bölgə » Beyləqan Təhsil Şöbəsinin müdiri əmlakını satışa çıxarıb?

Beyləqan Təhsil Şöbəsinin müdiri əmlakını satışa çıxarıb?

14-08-2014, 16:20
Oxunub: 3 163 Şöbə müdiri satdığı mənzillərin birinə 110 min manat, digərinə isə 140 min manat qiymət qoyduğu qeyd olunur

Tofiq Sadıqov Sabirabad regional təhsil idarəsinin müdiri olmaq üçün Bakı şəhərində kürəkənin və oğlu Samir Sadıqovun adına rəsmləşdirdiyi iki mənzili satışa çıxardıb

Bu barədə azerinfo.org-a daxil olan məlumata görə Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sabirabad regional təhsil idarəsinin rəhbəri olmaq üçün ciddi şəkildə hərəkətə keçib. Artıq Beyləqan Təhsil Şöbəsinin müdirinin Bakı şəhərində Maliyyə Nazirliyndə çalışan kürəkəni Rəsulun və oğlu Samirin adına rəsmləşdirdiyi iki mənzili satışa çıxardığı bildirilir. Şöbə müdiri satdığı mənzillərin birinə 110 min manat, digərinə isə 140 min manat qiymət qoyduğu qeyd olunur.

Məlumata əsasən 120 min manata satılan 3 otaqlı lüks təmirli mənzil Binəqədi rayon 8 mikrorayon Azadlıq metrosunun yanında yerləşir. Şöbə müdirinin oğlu Samir Sadıqovun adına rəsmiləşdirdiyi ikinci mənzilin qiyməti isə daha bahadır. Belə ki, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən mənzili Tofiq Sadıqovun 160 min manata satışa çıxarıldığı bildirilir.

Bildirilir ki, Tofiq Sadıqov mənzilləri bu ayın başlanğıcında satışa çıxardıb. Məlumatlı mənbənin bildirdiyinə görə şöbə müdirinin evlərini satışa çıxartmasının səbəbi 4 rayonu əhatə edən Sabirabad Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat almaq niyyətidir. Bildirək ki, prezident İlham Əliyevin sərəncamı ilə rayon təhsil şöbələri ləvğ edilib və onların yerinə bir neçə rayon şöbələrini birləşdirən Regional Təhsil İdarəsləri yaradılıb. Regional Təhsil idarələri yanvar ayının 1-də fəaliyyətə başlayacaqlar və bir çox rayon təhsil şöbələinin müdirləri regional idarələrə təyinat ala bilmək üçün ciddi rəqabət halındadırlar. Tofiq Sadıqovun təyinat alamq istədiyi sabirabad regional Təhsil idarəsinə isə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları daxildir.

Məlumatlı mənbə bildirir ki, Tofiq Sadıqov regional idarənin müdiri olmaq üçün 200 min manat verəcəyi bardə yaxın çevrəsinə deyib. Qeyd edək ki, Beyləqan təhsil şöbəsinin ümdirir Tofiq Sadıqov işlədiyi 10 il müddətində özünə böyük var dövlət yığıb. Bu müddətdə isə Beyləqanda təhsilin səviyyəsi həddindən artıq aşağı səviyyədə olub. Bunun müqabilində isə şöbə müdiri Beyləqan və Bakı şəhərlərində obyektlərə və mənzillərə sahib olub. Bu obyektlərdən biri də Beyləqan şəhər RTS qəsəbəsindəki 7 nömrəli məktəbin yanındakı restorandır. Həmin restoran 9 aydır fəaliyyətə düşüb və Tofiq Sadıqovun həmin obyektin tikilməsinə 100 min manat xərc çəkdiyi bildirilir.

Daxil olan məlumatda o da qeyd olunur ki, Tofiq Sadıqov satışa çıxardığı evinin əvəzinə Yasamal rayonunda «Kaktus» restoranın yaxınlığında Maliyyə Nazirliyində işləyən kürəkəninə yeni ev alıb.

Qarşı tərfin mövqeyin7i dərc etməyə hazırıq…