BolgeXeber.Com » Bölgə » “İlkin Kredit İttifaqı” MMC-də böyük dələduzluq

“İlkin Kredit İttifaqı” MMC-də böyük dələduzluq

19-08-2014, 14:05
Oxunub: 4 173 vətəninfo.az-a İmişli şəhəri M.Əsədov küçəsi -18 saylı ünvanda yaşayan Nərimanov Mübariz Qaraş oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Purokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova, Azərbaycan Respublikasında yerləşən bütün səfirliklərə, İcraçı Kredit Agentliyinin sədri Arif Əliyevə və Millət Vəkili xanım Qənirə Paşayevaya ünvanladığı müraciətini yayımladıqdan sonra, Mübariz Nərimanova qarşı “İlkin Kİ” MMC tərəfindən təyziqlər artırılıb.
Redaksiyamıza bu təyziqlərdən boğaza yığılan və artıq dözülməz həddə olan Mübariz Nərimanov daha bir müraciət göndərib. 2-ci qrup əlil bu dəfə ümidlərini hüquq mühafizə orqanlarından üzdüyü üçün, düşdüyü vəziyyətə dövlətin müvafiq orqanlarının göz yumduğunu gördüyü üçün yalnız və yalnız ölkə prezidenti İlham Əliyevdən və ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti,millət vəkili Mehriban xanım Əliyevdan kömnək istəməyə məcbur olub. Mübariz Nərimanov redaksiyamız vasistəsi ilə ölkə prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya ünvanladığı mürciətində deyilir:
Hörmətli cənab Prezident Hörmətli Mehriban xanım!
Bİr müddətdir ki,İmişli şəhərində yerləşən “İlkin Kredit İttifaqı” MMC tərəfindən mənim xəbərim olmadan, mənim adıma qanunsuz sənədləşmə aparılaraq 75.000 min manat kredit götürülüb mənimsənilməsi barədə hüquq mühafizə orqanlarının rəhbərlərinə,Mərkəzi Banka, Kənd Təsərrüfatı Nazirinə və İKA-sədri Arif Əliyevə yazılı surətdə teleqram və məktub ünvanlasam da hələ ki, bu orqanların rəhbərləri nədənsə susmsğa üstünlük verirlər. “İlkin Kİ” MMC-nin sədri İlkin Əhmədovun atası”AQROİNVEST” Kredit İttifaqının sədri Əyyub Əhmədovdur. Bilirəm ki, Əhmədovlara İKA-sədri Arif Əliyev havadarlıq edir ona görə ki, bu şəxslərin qeyriqanuni hərəkətlər, vətəndaşın adına pul yazaraq küllü miqdarda vəsaitin mənimsənilməsinə şərait yaradır.Bu azmış kimi həyatına od saldıqları vətəndaşı hər gün hədələyərək təhdid edilməsinə yol açan da Arif Əliyevdi. Halbu ki, Arif Əliyev mənə ünvanladığı məktubunda açıq-mühafizə orqanları “İlkin Kİ” MMC-də qolsuzluqların baş verdiyini açıq şəkildə qeyd edib.Amma başa düsə bilmirəm ki rəsmi orqanlara etdiyim müraciətlərə niyə laqeyd yanaşırlar, dövlətin pulunu talayanlara niyə dur deyib cinayət məsuliyyətinə cəlb etmirlər.
Hörmətli Prezident!
Xahiş edirəm hüquq mühafizə orqanlarının rəhbərlərinə Mərkəzi Banka göstəş verəsiniz bu məsələni araşdırsınlar evimi əlimdən alırlar ümüdüm sizlərədir.
Redaksiyadan: “İlkin Kİ” MMC-nin vətəndaşın başına açdığı bu oyunla bağlı adını çıqlamayan “İlkin Kİ” MMC-dəki mənbələr bildiriblər ki, MMC-nin sədri İlkin Əhmədov vətəndaşın bu harayına hər gün gülür və “ Arif müəllimlə danışmışam, deyir. Narahat olma burdakı işlər mənlikdi” deyir.