Astarada oteldə yanğın olub, üç nəfər təxliyə olunub
21-08-2014, 10:00
Oxunub: 2 750
Astara rayonunda güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə avqustun 21-də gecə rayonun Pensər kəndində, 1956-cı il təvəllüdlü Əliheydər Əli oğlu Həmzəyevə məxsus üçmərtəbəli binada qeydə alınıb.
Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.
Onların səyi ilə obyektin 3-cü mərtəbəsində yerləşən oteldən 3 nəfər təxliyə edilib, həmçinin otel və ikinci mərtəbədəki çayxana yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 420 kv.m olan obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazası 100 kv.m sahədə yanaraq yararsız hala düşüb
Faktla bağlı araşdırma aparılır.
Hadisə barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən oteldən yanğınsöndürənlər tərəfindən 3 vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana, 3-cü mərtəbədə isə otel yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər