BolgeXeber.Com » Bölgə » Sumqayıtda məmur sakinlərin üstünə niyə silah çəkdi?

Sumqayıtda məmur sakinlərin üstünə niyə silah çəkdi?

26-08-2014, 16:10
Oxunub: 3 347 Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçisi günün günorta çağı sahibsiz itləri silahla öldürürmüş.
Bu barədə göndərdiyi məktubda Sumqayıt şəhərində yaşayan Süleymanov Anar adlı oxucu məlumat verib.
Məktubda yazılıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında silahlanmış şəxs günün günorta çağında itləri güllələyib:
“Dəhşətlisi odur ki, bu qəddarlıq uşaqların gözü qabağında baş verirdi. İstəməzdik ki, bizim uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər. Müvaffiq orqanlara bu problemlə bağlı müraciət etdikdə, buna çox laqeyd yanaşırlar. Deyirlər ki, bizim başqa çıxış yolumuz yoxdur və hər şey İcra Hakimiyyətinin səviyyəsində həll olunur. Sumqayıtda itlərin son güllələnməsi zamanı bəzi sakinlər buna mane olmağa çalışırdılar, amma həmin adam tüfəngini onlara qarşı tuşlayaraq, onlara hədə-qorxu gələrək təhqiramiz sözlər işlədib. Hətta bu faktı belə, bəzi instansiyaların araşdırmasına maneçilik göstərirdilər. Baxmayaraq ki, mən Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdim, indiyə kimi mənim şikayətimlə əlaqədar araşdırmanın nəticəsi barədə heç bir rəsmi cavab verilməyib”.

Sözegdən məktubda yazılan məlumatı dəqiqləşdirmək üçün azxeber.com-un əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin “İnformasiya təminatı və təhlil sektoru” ilə əlaqə saxlayıb. Şöbənin müdiri Ayaz İmaməliyev məsələylə bağlı məlumatı dəqiqləşdirəndən sonra yaxın saatlarda məlumat verəcəyini söyləsə də, qarşı tərəfdən müraciətə heç bir cavab verilməyib.