BolgeXeber.Com » Bölgə » Heydər Əsədovun yarmarkasında bazar ab-havası - Qiymətlər əl yandırır...

Heydər Əsədovun yarmarkasında bazar ab-havası - Qiymətlər əl yandırır...

1-09-2014, 16:50
Oxunub: 3 186 -Bura yarmarkadır, ya bazar?
-Yarmarka.
-Bəs qiymətlər niyə bazardakı kimidir?
-Bilmirsiniz ki, Rusiyanın yolu açılıb?
"Gənclik" metrostansiyasının yanında açılmış kənd təssərrüfatı məhsullarının satış yarmarkasına gələn alıcılarla satıcılar arasında bu dialoq demək olar ki, addımbaşı yaranırdı. "Gənclik"dəki yarmarkada qiymətlər alıcıları əməlli-başlı şoka salmışdı. Movqe.az-ın əməkdaşının yarmarkada apardığı müşahidə zamanı maraqlı məqamlar da ortaya çıxıb. Məluma olub ki, sözügedən yarmarkada Kənd Təssərrüfatı Nazirliyinin nümayəndəsinin olmaması yarmarkanı əməlli-başlı bazara çevirib. Belə ki, yarmarkaya müxtəlif bazaralardan möhtəkirlər gələrək satışa məhsul çıxarıblar. Satıcılardan Rəhman adlı şəxs 3-cü mikrarayon bazarından gəldiyini, yer pulu vermədiyinə görə yarmarkada alverin sərfəli olduğunu söyləyib. Movqe.az-ın əməkdaşı yarmarkada kənd təssərrüfatı məhsullarının satış qiymətinin bahalığı və yarmarkada möhtəkirlərin olmasına aydınlıq gətirmək üçün KTN-nin yarmarkadakı nümayəndəsi ilə görüşmək istəsə də, Fərhad adlı nazirliyin nümayəndəsinin iş başında olmadığı, məzuniyyətdə olduğu bildirilib. Qeyd edək ki, "Gənclik"dəki yarmarkada ötən şənbə və bazar günü üzümün 1 kiloqramının qiyməti 1 manat 50 qəpik, pomidor 1 manat, xiyar 90 qəpik, zoğal 1 manat 50 qəpik, badımcan 60 qəpik, bibər 60 qəpik, karof 65-70 qəpik, soğan 55 qəpik, qarğıdalı 3-ü 1 manat, qarpız 40 qəpik, yemiş 60 qəpik, şaftalı 1 manat, gavalı 90 qəpik olub. Qiymətlərin bazardakı qiymətlərdən fərqlənməməsi alıcıların haqlı narazılığına səbəb olub. Movqe.az-a KTN-nin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, digər yarmarkalarda qiymətlərə güclü nəzarət olub. "Gənclik"dəki yarmarkaya təhkim olunmuş nümayəndə məzuniyyətdə olduğundan, Nərimanov rayon üzrə yarmarkaya Fərhad adlı şəxsin təhkim olunması doğrudur. Həmin məsələ araşdırılacaq.