BolgeXeber.Com » Bölgə » Ucarda Arzu Rəhimovun kadrı sakinləri boğaza yığıb

Ucarda Arzu Rəhimovun kadrı sakinləri boğaza yığıb

8-09-2014, 14:30
Oxunub: 3 818 Rəisin əməllərindən Prezidentə şikayət olundu

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi Həbib Əliyevin etdiyi süründürməçiliklərdən cana doyduğunu deyən Məmmədov Ulfan Məhəmməd oğlu Bolgexeber.com-a ünvanladığı müraciətindən prezident İlham Əliyevdən kömək istədiyini bildirib.

Bolgexeber.com həmin müraciəti olduğu kimi təqdim edir:
“Cənab prezident, mən Ucar rayon Şəhriyar küçəsi döngə 7 ev 6 sakini Məmmədov Ulfan Məhəmməd oğlu yazaraq sizə bildirirəm ki övladım Məmmədov Əli Ulfan oğlu hərbi çağırışçıdır, lakin xəstəliyi olduğundan hərbi xidmətə yarasızdır. Bir ayağı yerə çatmır və başqa xəstəliklridə var.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsi rəisi Həbib Əliyev mənim övladımı artıq uzun müddətdir ki, yerli həkim komisiyası, Baki şəhərində olan xəstəxanalar, təkrar Ucarda olan həkimlərə yoxlatmaqla məşğuldur. İnsanın bir ayağı yerə çatmırsa, bunu müəyyən etmək üçün çağrışçını aylarla müayinə etməklə ayaq uzatmaq bacarığı olan bu başabəla polkovnik-leytenant qeyri-adi, əndirabadi hərəkətləri ilə Ucar rayon sakinlərini canını boğaza yığıb.

Cənab prezident. Sizdən artıq dərəcədə xaiş edirəm SHXÇDX Ucar rayon şöbəsində baş verən haqsızlıqlar haqda ciddi tədbir görəsiniz. Yararsız hərbi bileti alanlar təkrar yoxlanılsın. Bax, onda açıq-aşkar görünəcək ki, bəzi sağlamlığı yerində olan, maddi vəziyyəti yüksək olan insanların balaları yararsız hesab edilib. Lakin kasıb balası - ayağı yerə çatmayana isə müsbət cavab verilməyib.

Bundan əlavə, xidmətə yarasız olan onlarla gəc var ki, bu insanlara nə möhlət hüququ verən sənəd verilir, nə də ki hərbi bilet verilir. Bu hal bəzən 8 ay və daha çox, bəzən isə daha böyük müddətəə davam edirr. Və Həbib Əliyev bildirir ki, sənədlər Bakıdan gəlməyib, qərar çıxmayıb, hərbiyə aparmıram, ancaq möhlət hüququ da vermirəm....

Cənab prezident. Sizə yalvarıram, Sizdən artıq dərəcədə xahiş edirəm, bu başabəla polkovnik-leytenantdan bizi xilas edin”...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com