BolgeXeber.Com » Bölgə » Sumqayıtda məktəblərdə hər şagirddən1 manat pul yığılır-İddia

Sumqayıtda məktəblərdə hər şagirddən1 manat pul yığılır-İddia

16-09-2014, 12:50
Oxunub: 2 472 Yeni dərs ilinin ilk günündə 100 min manat necə qazanılır?

Yeni dərs ili başlandı. Rəsmi məlumatlarda və dövlət təbliğatında əks olunan fikirlərdən fərqli olaraq dərs ili Azərbaycanda həm də valideyinlər üçün dərd ilinin başlanması deməkdir. “Analoqu olmayan inkişaf” xətti tutan Azərbaycanın təhsil sistemində dəhşətlo mənzərə hökm sürməkdədir.
Azərbaycan təhsilinin real mənzərəsini və bu sahəyə məsul şəxslərin korrupsiya, rüşvət sevgisi haqda cumhuriyyet.az-a daxil olan fakta keçməzdən öncə iki məqamı diqqətinizə çatdıraq. Azərbaycanda artıq bir neçə ildir ki dərsliklərin şagirdlərə pulsuz verilməsi haqda qərar qəbul olunub. Bu dəfələrlə ölkə rəhbərinin çıxışlarında da öz əksini tapıb. Bundan başqa həm sabiq, həm də indiki təhsil naziri orta məktəblərdə rüşvətə qarşı sərt mübarizə aparıldığını bildirib. Amma real mənzərə bütün bunların söz olduğunu göstərir.
Yeni dərs ili başlandığı ilk gündəcə Sumqayıt təhsili haqda maraqlı məlumatlar almışıq. Övladları Sumqayıt şəhər orta məktəblərində təhsil alan bir qrup valideynin bildirdiyinə görə bilik günü şagirdlərə dərs vəsaitləri paylanarkən onların hər birindən 1 AZN pul istənilib. Orta məktəblərin kitabxana işçiləri bu göstərişin məktəb rəhbərliyi tərəfindən verildiyini bildirib. Bu azmış kimi gənclər şəhərinin orta məktəblərində valideyinlərə əməlli başlı fırıldaq gəlinib. Belə ki, ötən dərs ilinin sonlarında şagirdlərdən gündəlik alınması üçün yenə də 1 AZN miqdarında pul yığılıb. İndi isə şagirdlərə bildirilib ki, həmin pullar məktəbin fonduna(?) köçürülüb və bu səbəbdən şagirdlər gündəlikləri özləri almalıdır.
Sumqayıtda 50 mindən çox şagirdin təhsil aldığını və onların hər birinin azı 2 manatının mənimsənildiyini nəzərə alsaq adi bir qanunsuzluqla qazanılan ümumi məbləğ haqda təsəvvür yaranar…
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sumqayıt Şəhər Təhsil Şöbəsindəki (018) 642 00 88 nömrəli telefona zəng vursaq da, zənglərimizə cavab verən olmadı. Mövzunu diqqətdə saxlayacağıq…