BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı Xoruzlu kəndində sakinlərlə səyyar görüş keçirib-FOTO

Tərtərin icra başçısı Xoruzlu kəndində sakinlərlə səyyar görüş keçirib-FOTO

17-09-2014, 01:55
Oxunub: 2 831 Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə sentyabrın 16-da Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində Xoruzlu, Kəbirli, Bayandurlu kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, KİV-nin nümayəndələri iştirak etmişlər. görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılmışdır.

Görüşdə kənd sakinlərindən Vəli Xasıye, Nizami Abbasov, Ayaz Məmmədov, Firudun Bəylərov, Əmiraslan Zeynalov, Mehman Rəşidov, Arif Məmmədov, Ema Hüseynova, Məcid Nəcəfov, Tükəzban Məmmədova, Mirzə Şirinov, Habil Qasımov və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri, 7 km məsafədə kəndin əsas yolunun təmir olunması, yeni subartezian quyularının qazılması kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Problemlərdən də danışan kənd sakinləri, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Xoruzlu kənd tam orta məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirmişlər.

Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişdir.
Bolgexeber.com