BolgeXeber.Com » Bölgə » Şabranda bələdiyyə sədrinin əməlləri sakinləri cana yığıb

Şabranda bələdiyyə sədrinin əməlləri sakinləri cana yığıb

25-09-2014, 10:40
Oxunub: 3 372 Rafiq Muradovun fəaliyyəti sakinləri cana yığıb

Son zamanlar bir sıra dövlət qurumlarının fəaliyyətində nöqsanlar durmadan artır. Hökumətin apardığı islahatlara baxmayaraq, dövlətə məxsus bəzi qurumlar fəaliyyətlərində əsaslı dönüş etmirlər. Bu da insanları dövlətdən narazı duruma salır. Bu qurumlardan biri də bələdiyyələrdir. Aparılan müşahidələr göstərir ki, bələdiyyələrin fəaliyyəti qənaətbəxş deyil. Ümumiyyətlə, bu qurumun varlığının, ya olmamasının fərqi yoxdur.

Xüsusilə də bölgələrdə bələdiyyələr işlərini düzgün qura bilmirlər. Belə bələdiyyələrdən biri də Şabran rayonu Uzunboyad bələdiyyəsidir. Qeyd edək ki, qurumun sədri Rafiq Muradovdur. Etibarlı mənbələrin verdiyi məlumata görə, bələdiyyə sədri səlahiyyətləri xaricində işlər görür. Üzərinə düşən işlər qalıb kənarda, öz maraqlarına xidmət edən işlərlə məşğuldur. Bu isə insanların bələdiyyə sədrinə olan nifrətini birə-beş artırıb. Muradov yalnız və yalnız özünü düşünür. Xalqın, millətin rahatlığı, onların güzəranı bələdiyyə sədrini heç də maraqlandırmır. Uzunboyad kəndinin sakinləri bu şəxsin əlindən cana yığılıblar. Artıq payız fəsli olduğundan yağışlar yağmağa başlayıb. Palçıq əlindən yollarda getmək olmur. Xüsusilə də şagirdlər üçün bu durum daha da ağırdır. Dərs ili yeni açılmasına baxmayaraq, yağışlı havalarda valideynlər uşaqlarını dərsə getməyə qoymurlar. Dəfələrlə bələdiyyə sədrindən kəndə yol çəkməsini xahiş etsələr də, Muradovun heç nə vecinə deyil. Sakinləri hər dəfə müəyyən bəhanələrlə yola salır. Büdcədə pulun olmadığını bildirir. Bu isə birbaşa vətəndaşların aldadılmasıdır. Bu qurumun əsas məqsədi ərazidə yaşayan əhalinin ictimai sosial-məişət problemlərinin həll etməkdir. Lakin əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu qismində çıxış edirlər. Ümumiyyətlə, bəzi bələdiyyələr üzərlərinə düşən öhdəliklərin nədən ibarət olduğunu belə bilmirlər. Bir çox qəsəbə və kəndlərdə bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Sözügedən qurumlar yalnız şəxsi mənafeləri naminə çalışırlar.

Etibarlı mənbələrin verdiyi məlumata görə, dövlət tərəfindən quruma ayrılan vəsait bələdiyyə sədri tərəfindən mənimsənilir. Sədr bütün dövlət vəsaitinin arxasına keçib. Üzərinə düşən hər hansısa bir iş görmür. Bələdiyyə büdcəsi Muradov tərəfindən talan olunur. Yəni bələdiyyənin büdcəsi bir növ sədrin şəxsi büdcəsinə çevrilib. Qurumun öhdəliyində olan bir sıra işlər həyata keçmir. Uzunboyad kəndinin küçələri bərbad durumdadır. Özbaşınalıqları hamını bezdirib. Lakin buna nail ola bilməyiblər. Qurum rəhbərinin qazanc yeri əsasən bələdiyyə büdcəsinə yığılan vergilər və qanunsuz torpaq satışlarıdır. Torpaqları ucuz qiymətə satır. Heç birinin sənədi yoxdur. Sadəcə, müqavilə tipli bir sənəd verib camaatın başını aldadırlar.

Qeyd edək ki, bələdiyyə sədri qanunsuz tikinti həyata keçirdiyi üçün 1200 manat məbləğində cərimələnib. Belə ki, polisə kənddə qanunsuz tikinti işləri aparılması barədə məlumat daxil olub. Ərazi üzrə sahə müvəkkili villanın inşa olunduğu yerə gedib, sahibinin kimliyini öyrənib və məlum olub ki, villanı tikdirən Uzunboyad kəndinin bələdiyyə sədridir. Məlumatda deyilir ki, polis tikintini dayandırmaqla bağlı bələdiyyə sədrinə xəbərdarlıq etsə də, R.Muradov buna məhəl qoymayıb. Bununla belə, sahə müvəkkili bir neçə dəfə əraziyə gələrək tikintinin qanunsuz aparıldığını R.Muradovun nəzərinə çatdırıb.gundelik-baku