BolgeXeber.Com » Bölgə » Problemlər bu kəndin əhalisini duaçı edib - FOTO

Problemlər bu kəndin əhalisini duaçı edib - FOTO

30-09-2014, 14:30
Oxunub: 2 634 Sumqayıtın kənarında bir kənd var. Burada Rusiya və digər yerlərdən gələn qatarların stansiyalarından biri yerləşdiyi üçün “Stansiya Sumqayıt” adı ilə tanınır. Kənd sakinlərindən bir neçəsi Faktxəbər-lə əlaqə saxlayaraq öz şikayətlərini ünvanlayıblar. Onlar bildirdilər ki, təxminən 6 minə yaxın əhalinin burada yaşamasına baxmayaraq kəndi cəmi bir yarımstansiya işıqlandırıb. Təxminən keçən həftə yağan yağış zamanı 16 saat elektrik cərəyanı kəsilmişdi. Dünən başlayan küləkdə isə saatlarla işıq olmayıb. Bu hal bu gün səhər də baş verib.

Sakinlərdən biri min bir arzu ilə evinə çəkdirdiyi istilik sistemindən dərdli-dərdli danışaraq: “Belə getsə bu qış kombinin üzünə həsrətlə baxmalı olacayıq”, deyir.

Digər bir sakin isə yolların həddən artqı bərbad olmasaından gileyləndi. O, bildirdi ki, qatar stansiyası bu kənddə yerləşdiyi üçün bəzən xarici vətəndaşlar da bura enirlər. Amma kəndin içində asfalt örtüyünün olmaması adamı lap xəcalətli edir. Yağış yağanda palçıq əlindən yerimək olmur. Əməlli-başlı biabrçı vəziyyətdir. Sumqayıt rəhbərliyi tamamilə bu kəndi unudub. Bu yaxınlarda ölən şəhidlərdən biri də bizim kənddən idi. Sumqayıt icra başçısı onun yas mərasiminə gələndə gecə ilə torpaq yolun dərmə-deşiklərinə keyfiyyətsiz asfalt tökdülər ki, heç olmasa maşınlar şəhidin evinə gəlib çıxa bilsinlər, deyə kənd sakini vurğuladı.

Onlar ironiya ilə bildirdilər ki, əlləri həmişə duadadır. Ona görə ki, bu kənddə nə külək əssin və nə də yağış yazsın.