BolgeXeber.Com » Bölgə » Ucar sakini payına düşən torpaq sahəsindən istifadə edə bilmir-FOTO

Ucar sakini payına düşən torpaq sahəsindən istifadə edə bilmir-FOTO

1-10-2014, 11:30
Oxunub: 2 619 Rövnəq Abdullayevdən və BP Şirkətinin rəhbərliyindən kömək istəyir

Ucar rayonu Ramal kəndi sakini Nəbiyev Ətraf Yamən oğlu Bolgexeber.com-un redaksiyasına şikayət ərizəsi ilə müraciət edib. Həmin həmin müraciəti olduğu kimi təqdim edirik:

“Mətbuat vasitəsi ilə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevdən və BP Şirkətinin Prezidentindən kömək istəyirəm. Belə ki, yaşadığım kənddə bizim ailəyə düşmüş pay torpağımızdan istifadə etməyimizə icazə verilmir ki, oradan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərləri keçir.. Ancaq buna baxmayaraq buna görə qanunda nəzərdə tutulmuş qaydada bizim ailəyə indiyədək kompensassiya ödənilməmişdir.

Müraciətlərimizədə cavab olaraq bildirirlər ki , Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərlərinin dəhlizi altına düşən torpaqlar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və *BP Azərbaycan* şirkətinin mütəxəsisləri tərəfindən araşdırılmış Sizə məxsus pay torpaq sahəsinin kəmərlərin dəhlizi altına düşmədiyi üçün kompensasiya ödənilməmişdir.

Bu cavab bizi başdan etmək üçün verilib. Əgər bizim ailəyə məxsus pay torpaqları həmin Neft Kəmərlərinin dəhlizi altına düşmürsə onda bəs nə üçün həmin torpağımdan istifadəyə icazə verilmir? Qanuni pay torpağımdan sərbəst istifadə edə bilmirəm ki, deyirlər ki, olmaz, buradan Neft Kəmərləri keçir.

Bunlar kimi aldadırlar? Bu boyda haqsızlıq olmaz. Nə torpağımdan istifadə etməyə icazə verilmir, nə də ki, kompensasiyamızı ödəmirlər. Bilirəm ki, bu qanunsuzluğu edən şəxslər var ki, onlar bizim ailəyə düşəcək kompensasiyanı mənimsəyiblər. Fakt isə budur ki, pay torpağımızdan istifadə etməyə icazə verilmir...

Mən bu qanunsuzluq faktına görə cənab Rövnəq Abdullayevə müraciət etmişəm. Mətbuat vasitəsi ilə təkrar olaraq cənab Rövnəq Abdullayevə və BP Şirkətinin Prezidentinə müraciət edirəm. Sizdən xahiş edirəm, öz şirkətinizin mütəxəsislərini əraziyə ezam edin, gəlib torpaq sahəmə baxış keçirib, obyektiv qərar qəbul etsinlər. Ya qanuni torpağımızdan istifadə etməyə icazə verilsin və yaxud da kompensasiyamız ödənilsin. Ancaq xahiş edirəm, bu işi Ucar rayon mütəxəsisslərinə həvalə etməyəsiniz.. Onlar Sizi də, bizi də öz maraqlarına görə aldadırlar”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com