BolgeXeber.Com » Bölgə » Sumqayıt səhiyyəsində bərbad vəziyyət

Sumqayıt səhiyyəsində bərbad vəziyyət

8-10-2014, 09:45
Oxunub: 2 982 Xəstə yaxınınından mətbuata tükürpədən müraciət - «Qorxuram ki, anamı itirim»…

Redaksiyamıza müraciət edən Sumqayıt şəhər sakini Elçin Həsənov adıçəkilən şəhərin səhiyyə sistemindəki özbaşınalıqlardan şikayətçidir. Elçin Həsənovun dia.az-a müraciətini təqdim edirik:

«Anamın səhhətindəki problemlər səbəbindən son 15 gün ərzində Sumqayıtda yerləşən 3 ayrı-ayrı xəstəxanada müalicə almalı olub. Bu 15 gün ərzində həkimlərə verilən rüşvətə və onların yazdığı dərmanlara 870 manat sərf olunsa da, anamın səhhətində heç bir irəliləyiş olmayıb.

Mən bu 15 gün ərzində gördüm ki, Sumqayıtdakı xəstəxanaların - 1 saylı poliklinikanın və hazırda anamın müaliə olunduğu Onkologiya Xəstəxanasının bütün işçiləri qarşılarına yalnız bir məqsədi qoyublar: DAHA ÇOX RÜŞVƏT ALMAQ»…

Narazı vətəndaş dia.az-a müraciətində vuruğlayır ki, anasının müalicəsinə xərclədiyi pulun 500 manatını da bankdan kredit götürüb: «Yəni maddi rifah halımız çətin olduğu şəraitdə belə həkimlər bizdən aşkar şəkildə rüşvət tələb edirlər. Halbuki dövlətin xeyli adda dərmanı pulsuz müəyyən etdiyi məlumdur.

Ən ağrılı olanı isə odur ki, həkimlər xəstələrə təkcə bahalı dərmanları deyil, primitiv tibbi ləvazimatı da satın aldırırlar. Halbuki sarğı binti, spirt və digər bu kimi ibtidai tibbi ləvazimatlar pulsuz olmalıdır».

Elçin Həsənov müraciətində həmçinin KİV işçilərini Sumqayıtdakı tibb müəssilərindəki özbaşınalığı öz gözləri ilə görməyə də dəvət edir: «Həkimlərin bu səhlənkarlığına və pula hərisliyinə görə qorxuram ki, anamı itirim».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
Bolgexeber.com