BolgeXeber.Com » Bölgə » Ağdaşda polisin döydüyü veteran prezidentə müraciət etdi

Ağdaşda polisin döydüyü veteran prezidentə müraciət etdi

3-02-2015, 22:00
Oxunub: 3 491 Bəhruzun polis işləməsi onun dadına çatıb

BTV(BolgexeberTV)bildirir ki, Agdaş rayon sakini Qarabağ müharibəsi veteranı Araz Cabbarov mühafizə orqanlarının ona qarşı etdikləri haqsızlıqlardan boğaza yığılıb.Buna səbəb isə Ağdaş Rayon Polis İdarəsinin çavuşu Bəhruz Haşımovla qohumluq münasibətlərinin məhkəmə qaydasında pozulmasıdır.Bunun da nəticəsində onlar arasında düşmənçilik yaranıb.Şikayətçi Araz Cabbarovun nümayəndəsi Qorxmaz Cabbarov BTV-yə verdiyi müsahibəsində bildirdi ki, Çavuş Bəhruz Haşımov dəfələrlə onu şərləyəcəyi barədə hədələr yağdırıb. Araz dəfələrlə aidiyyətı qurumlara müraciət etmək istəsə də Bəhruzun polis işləməsi onun dadına çatıb.Ətraflı videosujetdə: