BolgeXeber.Com » Bölgə » Mingəçevirdə baş həkim xəstəni göz görəsi öldürür – Şikayət

Mingəçevirdə baş həkim xəstəni göz görəsi öldürür – Şikayət

5-02-2015, 15:15
Oxunub: 3 541 Mingəçevir rayonunun səhiyyə idarəsində xəstələrin həyatına qəsd edilir

Bolgexeber.com axar.az-a istinadən xəbər verir ki, rayon sakini Nurəddin Rüstəmli səhiyyə idarəsinin bərbad durumundan şikayətlənərək anasının ağır xəstəlik ucbatından deyil, həkimlərin məsuliyyətsizliyinə görə öləcəyini bildirir: “Anam ağır xəstədir. Kompüter tomoqrafiyasından keçib. Dalağında bədxassəli şişin törəmələri aşkar olunub. Mingəçevir Xəstəxanasının baş həkimi Yusif Quliyev və Mingəçevir Rayonlararası Onkologiya Mərkəzinin baş həkimi Tangiz adlı şəxs müalicə aparmaqdan imtina ediblər. Yalnız morfi vurmaqla sanki eftonaziya həyata keçirirlər. Səbəb də onu göstərirlər ki, xəstənin diaqnozu Bakıda, Milli Onkologiya Mərkəzində təsdiq olunmalıdır. Yalnız bundan sonra müalicə aparıla bilər”. Anasının vəziyyətinin çox ağır olduğunu deyən N.Rüstəmli baş həkimin xəstəni paytaxta gətirməkdən imtina etdiyini deyir: “Anam ağır vəziyyətdə olduğu üçün onu avtomobil ilə Bakıya gətirə bilmirəm. Yusif Quliyev isə əlimdə 26 yanvar tarixli göndəriş olmasına baxmayaraq, xəstə üçün minik maşını verməkdən imtina edir. İndi morfi vurmaqla xəstənin ölümünü gözləməliyəm? Səhiyyə Nazirliyinin qaynar xəttinə də məlumat vermişəm. Cavab da bu olub ki, xəstə ölsə də, Bakıya gətirin. Diaqnoz burada olmalıdır”. Məsələni diqqətdə saxlayacağıq.
Bolgexeber.com