BolgeXeber.Com » Bölgə » Eldar Əzizov Gəncədəki sexlərinin məhsullarına Sumqayıtda necə bazar tapır?

Eldar Əzizov Gəncədəki sexlərinin məhsullarına Sumqayıtda necə bazar tapır?

6-02-2015, 16:25
Oxunub: 4 675 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gəncədəki daş sexlərinin fəaliyyətini Sumqayıt səkiləri hesabına təmin edir

Bu barədə moderator.az-ı özəl mənbə məlumatlandırır. Mənbənin sözlərinə görə, E.Əzizov Gəncədəki daş sexlərində istehsal edilən üzlük və səki daşlarına azad bazar rəqabəti şəraitində müştəri tapa bilmədiyi üçün, bu daşları Sumqayıt səkilərinin "təmirinə" sərf edir. İşin ən maraqlı tərəfi isə budur ki, icra başçısı sexlərin daimi fəaliyyətimi təmin etmək üçün şəhərdəki bir çox səkiləri demək olar ki, hər il təmir adı ilə başdan-ayağa dəyişdirir.
Mənbənin bildirdiyinə görə, şəhərin 6-9-cu mikrorayonları arasındakı magistral yollar, habelə digər əsas yolların kənarındakı səki daşları hər il Gəncədən gətirilən daşlar hesabına yenilənir ki, bu da dövlət vəsaitinin bir şəxsin ticari maraqları naminə israf edilməsidir.
Bolgexeber.com