BolgeXeber.Com » Bölgə » İsmayıllının icra başçısının inanılmaz maxinasiyası-FOTOLAR

İsmayıllının icra başçısının inanılmaz maxinasiyası-FOTOLAR

7-02-2015, 16:20
Oxunub: 3 130 Külli miqdarda vəsaitin silindiyi şübhəsizdi

Mirdaməd Sadıqov sənəddə mərmər olaraq göstərdiyi hovuzun içinə «linenium» örtük vurdurub, İcra Hakimiyyətinin yeni təmir olunan binası isə fəhlələrin başına uçub

Azərbaycanda əksər rayonlarda büdcə vəsaitlərinin talan edilməsi adi hala çevrilib. İcra başçıları səviyyəsində həyata keçirilən prose sisə son dövrlər daha böyük biabırçılıqlarla diqqəti çəkir.Bəzən isə belə vəziyyətlər həyata keçirilmiş yeyinti və maxinasiyaların daha dəhşətli formada olduğunu ortaya qoyur.

Məsələn, İsmayıllı rayonunda həyata keçirilmiş işlərdən bir neçəsinə diqqət yetirdikdə vəziyyətin daha acınacaqlı və biabırçı həddə olduğu diqqəti çəkir. Rayonun icra başçısı Mirdaməd Sadıqovun rəhərliyi altında inşa edilmiş keçmiş Zərifə Əliyva adına park, indiki Uşaq Əyləncə Mərkəzində istifadə olunmuş tikinti materiallarının sənədlərlə bir birinə uyğun gəlmədiyi məlum olub. Belə ki, parkdakı hövuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində orada «linenium» adlanan plastik örtükdən istifadə olunub.

Bunun üçün külli miqdarda vəsaitin silindiyi şübhəsizdir. Amma rayondakı yeyintilər bununla bitmir. Jam.az-ın əldə etdiyi məlumata görə, İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun bir başqa «əməliyyatı» İcra Hakimiyyətinin yenidən əsaslı təmir edilməsindən ibarətdir. Lakin bu zaman yeyinti halları bir neçə insanın həyatına az qala son qoyacaqmış. Məlumata görə, əsaslı təmir etdirilən binanın hörgüləri uçaraq, fəhlələrin başına tökülüb. Xoşbəxtlikdən ölüm hadisəsi yaşanmayıb, amma bir neçə işçi bədən xəsarətləri alıblar.

Maraqlıdır ki, Mirdaməd Sadıqov baş verən olayı araşdıraraq, günahkarları cəzalandırmaq yerinə, işi ört-basdır edib. Aydın məsələdir ki, bunu etməkdə məqsəd büdcə pullarının dağıdılması sirrini gizlətmək olub.

İsmayıllıda baş verən yeyinti halları ilə bağlı araşdırmalar davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com