BolgeXeber.Com » Bölgə » Bərdədə Milli Qəhrəmanın ildönümü təntəli sürətdə qeyd edilmişdir-FOTO

Bərdədə Milli Qəhrəmanın ildönümü təntəli sürətdə qeyd edilmişdir-FOTO

9-02-2015, 16:30
Oxunub: 5 280 Məktəbin IX sinif şagirdlərinin hazırladıqları səhnəciklər və şeir kompozisiyası tədbir iştirakçılarına təqdim olunmuşdur

Bolgexeber.com bildirir ki,7 fevral 2015-ci il tarixdə Bərdə rayon Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə Gənclər və İdman idarəsinin və məktəbin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Ağakərim oğlu İbrahimovun anadan olmasının 27-ci ildönümü təntəli sürətdə qeyd edilmişdir.
Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, məktəbin direktoru Vidadi Süleymanov, ziyalı gənc Ülviyyə Həsənova çıxış edərək Mübariz İbrahimovun keçdiyi qısa və şərəfli ömür yolundan danışdılar və qeyd etdilər ki, onun göstərdiyi qəhrəmanlıq bu günki gənclər üçün örnəkdir.
Tədbirdə Mübariz İbrahimovun həyatı ilə bağlı hazırlanmış videoçarx iştirakçılara təqdim olunmuşdur. Məktəbin IX sinif şagirdlərinin hazırladıqları səhnəciklər və şeir kompozisiyası tədbir iştirakçılarına təqdim olunmuşdur.