BolgeXeber.Com » Bölgə » Ağ göl Milli Parkını kim dağıdır? - FOTOLAR

Ağ göl Milli Parkını kim dağıdır? - FOTOLAR

9-02-2015, 17:55
Oxunub: 2 591 "Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də heç bir nəticə yoxdur"

Bu gün arqument.az-a Ağcabədi rayonu Ağ göl Milli Parkında baş verənlərlə bağlı məlumat daxil olub. Şikayətçi Mirzəyev Vahid Qəzəb oğlu bildirir ki, Ağcabədi ərazisindəki Ağ göl Milli Parkında qanunsuz ov aparılır və qoruq ərazisini istismara məruz qalır. O, baş verənlərlə bağlı fotomateriallar da təqdim edib.
Onun müraciətini və təqdim etdiyi fotofaktları təqdim edirik:
“Hörmətli redaksiya!
Mən Mirzəyev Vahid Qəzəb oğlu təbiəti mühafizə işində uzun müddət işləmişəm. Hal-hazırda işsizəm, ancaq peşə vərdişi olaraq təbiəti mühafizə işi ilə bağlı həmişə maarifləndirmə işi aparıram. Adi bir ağacın kəsilməsi, ilk baxışdan lazımsız görünən bir həşaratın öldürülməsi mənə pis təsir edir. Xüsusiylə bir müddət işlədiyim Ağ Göl Milli Parkında təbiətə qarşı törədilən vəhşilik məni çox narahat edir. Hörmətli Prezidentimizin tapşırıq və tövsiyələrinə əsasən, cənab nazirimizin təbiəti mühafizə istiqamətində səylə çalışdığı bir dövrdə mənə göndərilən bu video və foto materiallara heç cür laqeyd qala bilmirəm. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də heç bir nəticə yoxdur.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ağ Göl Milli Parkının yaxınlığında yerləşən sakinlərin və işçilərin Ağ Göl Milli Parkının flora və faunasına necə inanilmaz ziyan vurmağını əks etdirən bu materialları yaymaqla aidiyyəti qurumların və ictimaiətin diqqətini bu istiqamətə yönəldəsiniz.
Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
İmza: Mirzəyev Vahid Qəzəb oğlu”.
Şikayətlə bağlı Ağ göl Milli Parkının rəhbərliyinin və məsul şəxslərinin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com