BolgeXeber.Com » Bölgə » Bərdədə şəhid Hafiz Zeynalovun doğum günü qeyd olunmuşdur-FOTO

Bərdədə şəhid Hafiz Zeynalovun doğum günü qeyd olunmuşdur-FOTO

13-02-2015, 17:35
Oxunub: 4 630 Məktəbin VIII sinif şagirdi, şəhidin qardaşı qızı Nərgiz Zeynalzadə əmisinə həsr olunmuş şeiri söyləmişdir

Bolgexeber.com bildirir ki,13 fevral 2015- ci il tarixdə Şəhid Hafiz Zeynalov adına Gərənə kənd tam orta məktəbin, Bərdə rayon Gənclər və İdman idarəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin və məktəbin kollektivinin birgə təşkilatçılığı ilə şəhidin doğum günü qeyd olunmuşdur. İlk öncə məktəbin müəllimləri, şagirdləri və qonaqlar rayonun Şəhidlər Xiyabanında mərhumun qəbrini ziyarət etmiş, əklil və gül dəstələri qoymuşlar. Şəhidin ruhuna dualar oxunmuşdur. Ziyarətdən sonra şəhidin ailəsinə baş çəkilmiş və sovqat aparılmışdır. Məktəbdə keçirilən təqbirdə məktəbin direktoru Teymur Həmidov şəhid Hafiz Zeynalovun keçdiyi qısa lakin şərəfli həyat yolundan danışmışdır.
Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov Hafiz Zeynalovun göstərdiyi şücaətin hər bir gənc üçün örnək olduğundan danışıb.
Tədbirdə Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, məktəbin müəllimləri və şəhidin ailə üzvləri çıxış etmişlər. Daha sonra məktəbin VIII sinif şagirdi şəhidin qardaşı qızı Nərgiz Zeynalzadə əmisinə həsr olunmuş şeiri söyləmişdir.Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olundu.
Bolgexeber.com