BolgeXeber.Com » Bölgə » Qazax təhsilində təhsilsizlik

Qazax təhsilində təhsilsizlik

14-02-2015, 17:45
Oxunub: 2 942 Dərgahquliyevin başı ən çox 270 manatlıq kompüteri 1500 manata sənədləşdirəndə ağrıyıb

Əhməd Dərgahquliyev. Bu şəxs hazırda Qazax rayon təhsil şöbəsinin müdiridir. Vəzifəyə rayonun Aslanbəyli kənd orta məktəbinin direktorluğundan gətirilib. Elə orada direktor işləyəndə də yalnız kollektivin narazılığını qazanıb. Addımbaşı müəllimlərdən pul yığmaqla onların canını boğazına çatdırıb. Dərgahquliyev həmin ambisiyasını Qazax təhsilində də həyata keçirir.

Əhməd müəllmim müdir gəldiyi gündən rayon təhsilinin inkişafına, gənclərimizin gələcəyinə çalışmasa da özünə əla çalışır. Yəqin ki, “əvvəlcə məscidin içi, sonra isə çölü” atalar zərb misalı bu şəxs üçün şüara çevrilib. Hazırda rayon təhsili pis gündədir. 2000 nəfərdən çox müəllim ordusu Əhməd Dərgahquliyevin əlindən bezib.

Bu yaxınlarda təhsil şöbəsi region maliyyə yoxlamasından bir təhər qurtarmasına baxmayaraq, Əhməd Dərgahquliyev yenidən özləri tərəfindən məktəblərdə “yoxlama kampaniyası”na başlamışdır. Şöbənin işçilərinin dediyinə görə, maliyyə yoxlamasına məktəblərdən 50-100 manat məbləğində pul yığılıb. Ora veriləcək vəsait düzəlmədiyi, yəni üstündən əskik olduğu üçün Əhməd müəllim tabeçiliyindəki məktəb direktorlarına yenidən pul yığmaq haqqında göstəriş verib. Fövqəladə tapşırıq direktorların xoşuna gəlməyib və rədd cavabı verilib. İndi həmin prinsiplə mktəblərdə yoxlama başlanıb.

Verilən məlumata görə, məktəblərdə yoxlamanı qanuni olaraq şöbədə işləyən 2 nəfər apara bilər. İşə baxın ki, Əhməd Dərgahquliyev az qalır ki, kargüzarını da yoxlamaya göndərə.

Dərgahquliyevin başı ən çox 270 manatlıq kompüteri 1500 manata sənədləşdirəndə ağrıyıb. Eləcə də digər bərk və yumşaq inventarların alınmasında da bu cür əməliyyatlar aparılıb. Elə bunun özü birbaşa korrupsiyadır. Di gəl, gələn yoxlama da Əhməd Dərgahquliyevin dediyi ilə durub-oturur.

Hər ay uşaq fonduna müəllimlərin aldığı əmək haqqından 1 faiz tutulur. Yəni bu fond kimsəsiz, maadi ehtiyacı olan şagirdlərə yardımçı olmalıdır. Lakin məktəb direktorlarının dediyinə görə, həmin fonddan uşaqlara 1 qəpik də verilməyib. Böyük də, uşaq da Əhməd müəllimin özüdür. Külli miqdarda vəsaitin yığılıb aidiyyəti yerə yönəldilmədən basıb yeyilməsindən, görəsən hüquq-mühafizə orqanlarının xəbəri varmı?

Ötən yay sürücüsü ola-ola Əhməd müəllim təhsil şöbəsinə məxsus 06 markalı minik avtomobilini idarə edərkən qəzaya düşməsi onu göstərir ki, müdirin özü yerində deyil. Nəticədə, iş ört-basdır edildi. Günah maşında oturmayan sürücünün boynunda qaldı. Buna nə ad vermək olar?

P.S. Qarşı tərəfin fikrini örgənmək məqsədi ilə dəfələrlə Əhməd Dərgahquliyevin 050 364 38 62 saylı mobil nömrəsinə zəng etsək də Qazax təhsilinin şefi əvvəlcə bizimlə danışsada sonra zənglərimizə cavab vermədi. Son söz neqativ hallara qarşı barışmaz mövqe sərgiləyən Təhsil Naziri hörmətli Mikayıl Cabbarovundur. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.

İdeologiya.az