BolgeXeber.Com » Bölgə » “Embawood” fabriki yanıb-(VİDEO)

“Embawood” fabriki yanıb-(VİDEO)

22-02-2015, 13:09
Oxunub: 4 103 “Embawood” fabriki yanıb-(VİDEO)“Embawood” mebel istehsalı fabrikində yanğın baş verib

Asiya.az-ın əldə etdiyi məlumata görə, yanğın mebel fabrikininMasallı rayonunda yerləşən istehsalat və hazır məhsul anbarında baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib.

Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib.
Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir
İtki, xəsarət alanlar yoxdur, dəyən zərərin miqdarı milyon manatlarla ölçülür. .

İlkin ehtimala görə yanğın qısa qapanmadan baş verib. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.