BolgeXeber.Com » Bölgə » Ağsu İcra başçısının həll etmədiyi məktəb problemi-VİDEO

Ağsu İcra başçısının həll etmədiyi məktəb problemi-VİDEO

23-02-2015, 14:25
Oxunub: 4 643 Ağsu İcra başçısının həll etmədiyi məktəb problemi-VİDEO Çaparlı kənd orta məktəbilə bağlı bizə şikayətlər gəlməkdə davam edir

Bir müddət öncə süjetlərimizin birində Ağsu rayonu Çaparlı kənd orta məktəbinin bərbad vəziyyətilə bağlı problemi işıqlandımışdıq. Kənd sakinlərinin sözlərinə görə onlar problemlə bağlı Ağsu İcra başçısı Ənvər Seyidəliyevə müraciət ediblər.Lakin onların şikayətini eşidən olmayıb. Biz isə məsələyə aydınlıq gətirmək məqsədilə Ağsu İcra nümayəndəliyilə əlaqə saxlamağa çalışsaq da suallarımıza cavab verilməmişdi. Aradan uzun müddət keçməsinə baxmayaraq yenidən Çaparlı kənd orta məktəbilə bağlı bizə şikayətlər gəlməkdə davam edir .Sakinlər qeyd edir ki , məktəb yenə də eyni vəziyyətdədir. BTV olaraq bu məsələni diqqətdə saxlayacağıq.
BOLGEXEBER.COM