BolgeXeber.Com » Bölgə » Sumqayıtın sağalmaz yarası - Eldar Əzizovun nəzərinə...

Sumqayıtın sağalmaz yarası - Eldar Əzizovun nəzərinə...

3-03-2015, 18:46
Oxunub: 3 645 Sumqayıtın sağalmaz yarası - Eldar Əzizovun nəzərinə...Sumqayıt şəhərində vəziyyət getdikcə gərginəşir

Bu barədə şəhər sakinləri ans-in “Qaynar xətti”nə şikayət ediblər.

Sakinlərin sözlərinə görə, şəhərdə yollar çox bərbad vəziyyətdədir. Bəzi yerlərdə çatlar böyüyərək iri çalalar, quyular formasına düşüb. İş yerə çatıb ki, həmin yerlərdə yaşayan insanlar evlərini satıb oradan köçməyə məcbur olurlar.

Şikayətçilə deyirlər ki, yollların bərbad vəziyyətdə olması ucbatından təcili yardım və yanğınsöndürən maşınları lazımı ünvana vaxtında çata bilmirlər. Sərnişin avtobusun sürücüləri isə maşın sürməkdən imtina edirlər.

Sakinlər deyirlər ki, dəfələrlə bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayətlər ediblər. Lakin onların səsinə səs verən olmayıb. Əksinə şikayətçilələ kobud rəftar edilib.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ ilə bağlı İcra Hakimiyyətin iqtisadi məsələlər üzrə şöbə müdiri Abid Əliyevlə əlaqə saxlamağı məsləhət bildilər. Lakin Abid Əliyevin telefonuna edilən çoxsaylı zənglər cavabsız qaldı.
BOLGEXEBER.COM