BolgeXeber.Com » Bölgə » Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO

Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO

7-03-2015, 16:32
Oxunub: 6 719 Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTOFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir

Bolgexeber.com bildirir ki,Horadiz şəhərində “Telnar” şadlıq sarayında 8 Mart Qadınlar Günü münasibəti bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın, şəhid anaları, imtiyazlı qadınlar iştirak etmişdir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir.
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirmişdir ki, bu siyasətin nəticəsidir ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar.
Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətini diqqətə çatdırıb.
Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və Fəxri Fərmanlar verilmişdir.
Sonda rayon Dram Teatrı tərəfindən hazırlanmış xüsusi səhnələr nümayiş olunmuş, bayram konserti təşkil olunmuşdur.
Bolgexeber.com
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO
Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTOFüzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi-FOTO