BolgeXeber.Com » Bölgə » Tofiq Sadıqov Beyləqan təhsilini uçuruma aparır

Tofiq Sadıqov Beyləqan təhsilini uçuruma aparır

14-03-2015, 12:14
Oxunub: 2 656 Tofiq Sadıqov Beyləqan təhsilini uçuruma aparır“Müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Tofiq Sadıqov həmin saatları məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir"

Son illər ölkədə təhsil sisteminin inkişafı ilə bağlı bir sıra önəmli addımlar atılıb, təhsilin müasir tələblər səviyyəsində tərəqqisinitəmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar yaradan mühüm dövlət proqramları qəbul edilib. Lakin buna baxmayaraq, hələ də bəzi təhsil ocaqları yeniləşməyə, müasirləşməyə meyl göstərmədikləri üçün həm təhsilin səviyyəsinə, həm də maddi-texniki bazanın zənginliyinə görə digərlərindən xeyli geridə qalır. Məsələn, bu gün Beyləqan rayonunda təhsil sisteminin son dərəcə acınacaqlı vəziyyətdə olması yəqin ki, çoxlarına bəllidir.Məhz Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Musa oğlu Sadıqovun işində yol verdiyi ciddi nöqsanlar, həmçinin şəxsi keyfiyyətləri ucbatından son illər rayonda təhsilin səviyyəsi zəifləməkdə davam edir. Əldə etdiyimiz məlumatlara görə, bu gün Beyləqan məktəblərində tədrisdən əsər-əlamət qalmayıb, şagirdlərin dərsə davamiyyəti isə bir xeyli aşağı düşüb. Bu barədə mətbuatda araşdırma xarakterli müxtəlif yazılar dərc olunsa da, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri nədənsə sadalanan problemləri aradan qaldırmaqda maraqlı görünmür. Görünür, o, kimlərinsə himayəsində olduğu üçün özünə çox arxayındır.

Əks halda, rayon təhsilində bazar prinsiplərinin yayılmasına imkan verməzdi…Tofiq SadıqovunTəhsil Nazirliyinin əmrinə əsasən təqaüd yaşı çatmış müəllimlərinhamısını işdən azad etdiyini deyən mənbənin bildirdiyinə görə,onların yerinə işə götürülməli olan cavan kadrlar isə Beyləqandasüründürməçiliyə məruz qalıblar: “Tofiq Sadıqov yuxarı dairələrdətanışlarının olmasını az qala camaatın gözünə soxaraq, istədiyiniedir. Heç bir müəllimi pulsuz işə götürməyən şöbə müdiri, nazirin əmrini belə, saymır. Rayonun əksər kənd məktəblərində isə müəllim çatışmır. Buna baxmayaraq, Tofiq Sadıqov müəllimləri təmannasız işə götürmək niyyətində görünmür”. Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, Tofiq Sadıqov şəhər 1 saylı orta məktəbdə direktor vəzifəsində çalışarkan belə, ciddi nöqsanlara yol verib: “Beyləqan Rayon Təhsil Şöbəsində hər ay böyük məbləğdə pullar qazanılır. Əgər aidiyyəti qurumlar burada ciddi araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gələ bilər.

Təkcə rayonun orta məktəblərindəki “attestat məsələsi”lə bağlı yoxlamalar aparmaqla çox şeyi müəyyənləşdirmək olar. Məsələn, şagirdlərin bir qisminin attestat ala bilməmələrinin səbəbini araşdırdıqda bəlli olacaq ki, buna səbəb həmin şagirdlərin valideynlərinin məktəb direktorlarının onlardan tələb etdikləri məbləği verə bilməməsidir”.Rayondakı əksər məktəblərdə əsl bazar ab-havasının hökm sürdüyünü deyən mənbənin sözlərinə görə, Tofiq Sadıqov heç kimdən və heç nədən çəkinmədən müxtəlif yollarla imkanlarını artırmağa çalışır: “Müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Tofiq Sadıqov həmin saatları məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır.Beyləqan təhsili bu gün ən ağrılı günlərini yaşayır. Onu bu vəziyyətdən çıxarmaq üçün mütləq köklü islahatlar aparmaq, eyni zamanda Tofiq Sadıqovun əməllərinə hüquqi qiymət verilməsi lazımdır.