BolgeXeber.Com » Bölgə » Astarada da bulvar salınır - FOTOLAR

Astarada da bulvar salınır - FOTOLAR

16-03-2015, 15:11
Oxunub: 6 738 Astarada da bulvar salınır - FOTOLARAstarada rayon İcra Hakimiyyəti tərəfindən tikinti-abadlaşdırma işləri aparılır.
Rayonda hazırda icra olunan yeni layihələrdən biri Xəzər dənizi sahilində salınan Park-bulvar kompleksidir. İranla sərhəd ərazidə yerləşən dənizkənarı Bulvarın uzunluğu 700 metrdir və 5 hektar ərazini əhatə edir.
icra başçısı Qəzənfər Ağayev jurnalistlərlə görüşündə bildirib ki, gələcəkdə Bulvarın ərazisini 25 hektara çatdırmağı planlaşdırırlar. Park-bulvarın olduqca problemli ərazidə salındığını deyən icra başçısı əvvəllər dənizin sahilinin qamışlıqdan və tullantılardan təmizləndiyini qeyd edib.
Ərazidə idman kompleksi, otel və koteclər də inşa olunur. Bundan başqa, layihədə pulvar ərazisində uşaqlar üçün müxtəlif atraksionların qurlaşdırılması da nəzərdə tutulub. Ötən il başlamış tikinti işləri artıq yekinlaşmaq üzrədir. Hazırda bulvarda yaşıllaşdırma, ağacəkmə tədbirləti həyata keçirilir.
Yeni salınmış bulvar ərazisində suptropik meyvə ağaclarından və çay növlərindən nümunələr də əkilib.
İcra başçısı Park-bulvarın yay mövsümünə qədər istifadəyə hazır vəziyyətdə olacağını deyib.
Prezident İlham Əliyevin bütün digər şəhər və rayonlara olduğu kimi Astaranın da sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırmasından danışan Q.Ağayev son illər rayonda həyata keçirilmiş bir sıra infrastruktur layihələrindən söz açıb. O qeyd edib ki, qazla təmin olunmuş Astara kəndlərinə yeni yollar çəkilib, sakinlərin istirahətini təmin etmək məqsədilə parklarda abadlaşdırma işləri aparılıb.
Q.Ağayev onu da bildirib ki, düyü və çay sahələrinin genişləndirilməsi istiqamətində əhatəli iş aparır, rayonun turizm imkanlarının artırılması məqsədilə müxtəif layihələr həyata keçirilir.
Hazırda Astarada tikilməkdə olan yeni çay fabrikinin istifadəyə verilməsilə çay istehsalının artırılacağını deyən icra başçısı gələcəkdə bu tipli müəssisləri artırmağı planlaşdırdıqlarını da açıqlayıb.
Astarada salınmış dənizkənarı park-bulvarın fotoları:
Astarada da bulvar salınır - FOTOLAR
Astarada da bulvar salınır - FOTOLAR
Astarada da bulvar salınır - FOTOLAR
Astarada da bulvar salınır - FOTOLAR
Astarada da bulvar salınır - FOTOLAR